Yevda Abramov: “Azərbaycanda qalxan qiymətlər daha enmir”

Xəbərin çap versiyası
Tarix: 22-11-2017, 12:59    |    Xəbər oxunub: 550 dəfə
Yevda Abramov:


"Rusiya və Qazaxıstan kimi ölkələrdə strateji məhsullar ölkə rəhbrəliyinin nəzarətində olur. Həmin məhsulların qiymətinin son həddini ölkə prezidenti təyin edir. Bununlada aztəminatlı vətəndaşların maddi rifahı qorunur. Təəssüflər olsun ki, bizdə belə deyil”.



Bunu deputat Yevda Abramov parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.

Deputat bildirib ki, biz büdcəni heç vaxt tənqid atəşinə tutmamışıq və tuta da bilmərik.

"Bu gün büdcə halaldır və əladır. Amma büdcəyə münasibət dəyişməlidir. Dünən Ziyad Səmədzadə çıxışı zamanı "sosial yönümlü bazar” və "sosial yönümlü büdcə” sözlərini işlətdi.

Deputat bildirib ki, dünya bazarında neftin qiymətinin artıb-azalması Azərbaycanda qiymətlərə təsir etmir.

"Təəssüflər olsun ki, neftin qiyməti aşağı səviyyədə olanda qiymətlər artır, amma neftin qiyməti artanda qiymətlər enmir. Neftin qiyməti 62 dollar olanda da qiymətlər həmin səviyyədə qalmışdı. Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”.

Y.Abramov Qubada olan qaz problemlərindən də danışıb.

"Qubada hər problem həll olunsa da, qaz problemi nədənsə həll olunmur. Nədir bu qaz problemi? Mən iş adamlarının köməkliyi ilə bu problemin aradan qaldırılması üçün 20 min dollardan çox vəsait sərf etmişəm. Amma düzəlmir ki, düzəlmir. Bunun əsl səbəbini isə heç kim anlamır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə Y.Abramova cavab olaraq deyib ki, Konstitusiyanın 15-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir:

"Həmin maddənin ikinci hissəsində bildirilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür”. (modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu-

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu- YENİLƏNİB

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Saakaşvili Poroşenkoya barışıq təklif edib

Saakaşvili Poroşenkoya barışıq təklif edib

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur