Özünü Heydər Əliyevə oxşadan icra başçısı- FOTO

Xəbərin çap versiyası
Tarix: 23-11-2017, 13:49    |    Xəbər oxunub: 999 dəfə
Özünü Heydər Əliyevə oxşadan icra başçısı-


Təqdim etidiyimiz fotodakı bina Goranboy pambıq qəbulu məntəqəsinin binasıdır. Binanın divarına vurulmuş pambıq tarlasında çəkilmiş fotodakılardan biri isə rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevdir.



AFN-in qaynarinfo-ya istinadən verdiyi xəbərə görə, zaman-zaman bir çox qalmaqalları ilə gündəmə gələn başçı deyəsən artıq özünü rayonun XANı kimi hiss etməyə başlayıb. Və bunu hər kəsə göstərməkdən də çəkinmir ki, böyük fonda fotosunu binanın önünə vurub.

Hələ 60-70-ci illərdə ölkədə pambıq bumu yaşanarkən həmin vaxt Azərbaycan SSRİ mərkəzi komitəsinin birinci katibi olan Heydər Əliyev pambıq sahələrinə baş çəkər, zəhmətkeşlərlə görüşər və çəkilmiş fotoları da rayon rəhbərləri tərəfindən görkəmli yerlərə vurulardı. Burda əsas məqsəd zəhmətkeşləri həvəsləndirmək, işlərinə daha həvəslə yanaşmalarını təmin etmək idi.

Özünü Heydər Əliyevə oxşadan icra başçısı-


İndi isə Nizaməddin Quliyev pambıq tarlasında çəkilmiş fotosunu divarlara vurmaqla ya özünü Heydər Əliyev hesab edir, ya da özünü ona bənzətməyə çalışır. Hər halda icra başçısı pambıq qəbulu məntəqəsinin divarına mərhum dövlət başçısının və ya hazırkı prezident İlham Əliyevin pambıq tarlasında çəkilmiş çox saylı fotolarından birini vura bilərdi. Bu daha çox məntiqəuyğun olardı. Amma...

Yeri gəlmişkən, bu pambıq qəbulu məntəqəsində ötən ilin dekabrında yanğın baş vermişdi. Nəticədə hər biri təqribən 300 ton olan 4 pambıq tayası yanmışdı. Həmin vaxt yayılan xəbərlərdə bildirilirdi ki, yanğın qəsdən törədilib. Səbəb isə rayonun pamıq planını doldurmaması olub. Məntəqəni yandıraraq plana daxil olan pambığın da yandığını göstərməyə çalışmışdılar. Və bu hadisədə Nizaməddin Quliyevin adı çəkilirdi.

İndi həmin məntəqənin binasından icra başçısının pambıq tarlasında çəkilmiş fotosu boylanır. Kim bilir, bəlkə Nizaməddin Quliyev bununla kimlərəsə mesaj verməyə çalışır...

Özünü Heydər Əliyevə oxşadan icra başçısı-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
DQİDK təşkilatçılığı ilə “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçirilib

DQİDK təşkilatçılığı ilə “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçirilib

Magistral su kəmərində təmir-bərpa işləri ilə əlaqədar bu gündən bəzi yerlərdə su olmayacaq

Magistral su kəmərində təmir-bərpa işləri ilə əlaqədar bu gündən bəzi yerlərdə su olmayacaq

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir-

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir- FOTOLAR

“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir

“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir

Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır

Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır

22 yanvarda keçiriləcək hərrac:

22 yanvarda keçiriləcək hərrac: 76 dövlət əmlakı özəlləşmədə

Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Elçin Səlcuqun Vikipediya səhifəsi yaradılıb

Elçin Səlcuqun Vikipediya səhifəsi yaradılıb

DYP-dən bu cür avtomobil sürənlərə son xəbərdarlıq-

DYP-dən bu cür avtomobil sürənlərə son xəbərdarlıq- Sərt tədbirlər görüləcək

Dayanma və durma qaydalarını pozan sürücülərə qarşı tədbirlər davam edir

Dayanma və durma qaydalarını pozan sürücülərə qarşı tədbirlər davam edir

“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir

“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir

Masallı İcra başçısının müavini oğlu avtomobili ilə polisi vuraraq reanimasiyalıq etdi-

Masallı İcra başçısının müavini oğlu avtomobili ilə polisi vuraraq reanimasiyalıq etdi- VİDEO+TƏFƏRRÜAT

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur