YAP rəsmisindən sərt açıqlama

Xəbərin çap versiyası
Tarix: 7-12-2017, 17:13    |    Xəbər oxunub: 761 dəfə
YAP rəsmisindən sərt açıqlama


Azərbaycanda prezident seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilir.



Milli Məclisin deputatlarından biri prezident seçkilərinin vaxtını 7 ay önə çəkməyi, 2018-ci ilin mart ayında keçirməyi təklif edib.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov prezident seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı səslənən fikirlərə "Ölkə.Az"-da münasibət bildirib:

"Prezident seçkiləri ilə bağlı konstitusiyada düzünə, birbaşa göstəriş var. Prezident seçkiləri oktyabr ayının 3-cü həftəsində, yəni, o müddət başa çatdıqdan sonra keçirilməlidir. Ona görə də, məsləhət görərdim bəzi adamlar gedib konstitusiyanı oxusunlar. Bundan əlavə seçki məcəlləsində də qanunda göstərişlər var. İstənilən seçkinin geriyə, qabağa çəkilməsi seçilmiş namizədin fəaliyət müddətinin azaldılması hüququ referendum yolu ilə oluna bilər. Əgər gələn il prezident seçkiləri ilidirsə, üstəlik bir dənədə referendum keçirmək hansı düşüncə tərzindən irəli gəlir başa düşə bilmirəm".

S.Novruzov qeyd edib ki, Z.Orucun təklifində heç bir əsaslanma yoxdur:

"Konkret olaraq Azərbaycanda 1993-cü ildən başlayaraq hüquqi demokratik dövlətin quruculuğundan və 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunandan sonra bütün seçkilər vaxtında, öz növbəsində keçirilib. O yerdə seçkinin müddətini dəyişirlər ki, müxtəlif səbəblər olsun. Mən də bunlarla bağlı şərhləri oxuyuram. Ortada hüquqi, siyasi baxımdan heç bir əsaslandırma yoxdur. Ona görə də, belə fikirləri ciddi hesab etmirəm və düşünürəm ki, seçkilər vaxtında keçiriləcək".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir-

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir- FOTOLAR

“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir

“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir

Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır

Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır

22 yanvarda keçiriləcək hərrac:

22 yanvarda keçiriləcək hərrac: 76 dövlət əmlakı özəlləşmədə

Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Elçin Səlcuqun Vikipediya səhifəsi yaradılıb

Elçin Səlcuqun Vikipediya səhifəsi yaradılıb

DYP-dən bu cür avtomobil sürənlərə son xəbərdarlıq-

DYP-dən bu cür avtomobil sürənlərə son xəbərdarlıq- Sərt tədbirlər görüləcək

Dayanma və durma qaydalarını pozan sürücülərə qarşı tədbirlər davam edir

Dayanma və durma qaydalarını pozan sürücülərə qarşı tədbirlər davam edir

“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir

“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir

Masallı İcra başçısının müavini oğlu avtomobili ilə polisi vuraraq reanimasiyalıq etdi-

Masallı İcra başçısının müavini oğlu avtomobili ilə polisi vuraraq reanimasiyalıq etdi- VİDEO+TƏFƏRRÜAT

ƏMDK-da Avropa İttifaqının ekspertlərinin iştirakı ilə tədbir keçirilib

ƏMDK-da Avropa İttifaqının ekspertlərinin iştirakı ilə tədbir keçirilib

“Mübariz İbrahimov-vətənpərvərlik nümunəsi” mövzusunda araşdırma-yazı müsabiqəsi elan edilib

“Mübariz İbrahimov-vətənpərvərlik nümunəsi” mövzusunda araşdırma-yazı müsabiqəsi elan edilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur