Dünyanın diqqəti Türkiyədə: Müsəlman liderlər İstanbulda toplanır


Dünyanın diqqəti Türkiyədə:


Dekabrın 12-də Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçiriləcək.

Türkiyə KİV-ləri xəbər verir ki, müsəlman ölkələrinin liderləri bu gündən Türkiyəyə səfər etməyə başlayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev, Qətər əmiri Şeyx Təmim bın Həməd Əl Sani, Fələstin lideri Mahmud Abbas, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı artıq İstanbuldadır.

Digər ölkə rəhbərlərinin də tezliklə Türkiyəyə səfəri gözlənilir.

Qeyd edək ki, Zirvə toplantısında ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı müzakirələr aparılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu