Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 12:44    |    Xəbər oxunub: 601 dəfə
Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib-


Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov və Nazirliyin əməkdaşları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Eləcə də ziyarətçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini anıb məzarı üzərinə gül dəstələri düzüb. Sonra görkəmli alim, Azərbaycan Respublikasının əməkdar elm xadimi Həsən Əliyevin xatirəsi yad edilib və məzarı üzərinə əklil qoyulub.



Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Nazir Hüseyn Bağırov bütün həyatını Azərbaycan təbiətinin tədqiqinə, mühafizəsinə həsr etmiş və bu misilsiz sərvətin gələcək nəsillər üçün qorunub saxlanılmasının tərənnümçüsü olmuş dünya şöhrətli alimin ekologiya elminə verdiyi müstəsna xidmətlərindən danışıb. AMEA-nın akademik Həsən Əliyevin adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və digər elm xadimləri görkəmli alim barədə xatirələrini bölüşdükdən sonra tədbir iştirakçılarına akademikin həyat yoluna dair film nümayiş olunub.

Sonda ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması sahələrində çalışan 5 nəfərin əməyinin qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən təsis olunmuş “Ekologiya və ətraf mühitin mühafizəsi sahələrində əldə etdikləri nailiyyətlərə görə akademik Həsən Əliyev adına mükafat”la təltif ediliblər.

Xatırladaq ki, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2017-ci il tarixli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tədbirlər Planı"na əsasən bir sıra tədbirlər keçirilib.

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib-
Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib-
Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib-
Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib-
Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib-
Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib-
Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib-
Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir-

Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir- ARAŞDIRMA

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı: “Ağamalı özünü baron Münhauzen kimi aparır”

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı-

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

AŞPA-nın yeni prezidentinin adı məlum olub

AŞPA-nın yeni prezidentinin adı məlum olub

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək?

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək? AÇIQLAMA

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur-

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Bu BOKT-ların internet səhifəsi yoxdur

Bu BOKT-ların internet səhifəsi yoxdur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur