Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu- “Şikayətçilərin” XAÇ ATASI var imiş

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 14:10    |    Xəbər oxunub: 644 dəfə
Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu-



Gəncədə tikinti və yenidənqurma işləri yeni bir mərhələyə qədəm qoyduğu bir vaxtda ölkə mətbuatında diqqəti görülən işlərdən, həyata keçirilən nəhəng layihələrdən yayındırmağa xidmət edən yazılara rast gəlinir. Görünür kimlərsə Gəncənin bügünkü inkişafından, bu inkişafı təmin edən sistemli fəaliyyətdən, ölkə prezidentinin Gəncəyə göstərdiyi diqqət və qayğının qarşılığını göstərmək üçün əmək sərf olunmasından narahatdırlar.



Bir müddətdir ki, Gəncə şəhəri İcra Hakimiyyətinin ayrı-ayrı məmurları barədə də mətbuatda ittiham xarakterli materiallar gözə dəyir. İcra başçısı Elmar Vəliyev başda olmaqla qurumun səlahiyyətli şəxsləri müxtəlif formalarda əsassız tənqidlərə məruz qalır, barələrində sərt açıqlamalar tirajlanır. Belə materialların qəhrəmanları qismində isə əsasən iki nəfər çıxış edir - Tutu Əhmədova və Eynulla Kərimov. Bu adamlar bir neçə aydır ki, redaksiyalar gəzib guya aldadılaraq böyük məbləğdə vəsaitdən mərhum olunduqlarını iddia edir və düşdükləri vəziyyətə görə daha çox Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayevi ittiham edirlər.
Məsələnin təfərrüatlarını və adıçəkilən şəxslərin dilə gətirdiyi ittihamları araşdırarkən maraqlı faktlarla qarşılaşdıq. Məlum oldu ki, Eynulla Kərimov özü uzun müddət torpaq alveri ilə məşğul olub və ötən müddət ərzində dəfələrlə vətəndaşları bu və ya digər formada aldadaraq onların vəsaitini mənimsəyib. Aldadılmış şəxslər onun üstünə gedəndə isə məsuliyyətini başqa şəxslərin üzərinı atıb və əsasən, Məharət Mustafayevin adından istifadə edərək vətəndaşları məmurlarla üz-üzə qoymağa çalışıb. O, vətəndaşa saxta sənəd verdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, bir müddətdən sonra sərbəst buraxılıb. Onun əməlləri hazırda da hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Aldadılmış vətəndaşlar məsələnin mahiyyətindən xəbər tutaraq polis orqanlarına müraciət ediblər.
İşin digər maraqlı tərəfi isə E. Kərimovun ikinci şikayətçi - Tutu Əhmədovanın özünü aldatmasıdır. Belə ki, təsadüfən əlimizə keçmiş istintaq materiallarından məlum olur ki, Tutu Əhmədovaya torpaq satan əslində E.Kərimovdur. O, Gəncə Pivə Zavodunun keçmiş müdiri Asim Kazımovla birgə Rusiyadan gəlmiş Tutu Əhmədovaya torpaq ərazisi təklif edib. Xanım da həmin ərazini almaq istədiyini bildirib və tələb olunan vəsaiti də məhz bu iki nəfərə - E. Kərimov və A. Kazımova verib. T. Əhmədova əvvəlki müsahibələrində vəsaiti Məharət Mustafayevə verdiyini desə də, sonrakı açıqlamalarında vasitəçilərin kimliyini gizlətməyib. O, E. Kərimov və A. Kazımovun adını çəkərək pulu məhz onlara verdiyini deyib. Eyni zamanda, ortada torpağa görə ödənişin bilavasitə M. Mustafayevə verildiyini təsdiq edən heç nə yoxdur. Xanım özü deyir ki, pulu E. Kərimovla A. Kazımova verib. Onlar isə bildirblər ki, pulu guya aparıb M. Mustafayevə veriblər. Bundan sonra T. Əhmədova başlayıb M. Mustafayevin qapısını döyməyə. Buradan belə qənaətə gəlmək olar ki, T.Əhmədova əslində E.Kərimov tərəfindən aldadıldığını yaxşı başa düşür. Sadəcə, E. Kərimovun başqa vətəndaşlara da külli miqdarda borcu olduğunu görən və öz pulunu ondan alacağına inamını itirən T.Əhmədova məmur adını hallandıraraq, bu yolla nəyəsə nail olacağına ümid edir. Əslində isə o, qeyd etdiyimiz kimi istintaqa verdiyi ifadələrdə də pulu E. Kərimovla A. Kazımova verdiyini açıq şəkildə etiraf edib.
Göründüyü kimi, ortada nə rüşvət faktı var, nə də məmur səviyyəsində həyata keçirilmiş digər qanunsuz əməllər. Söhbət yalnız biri digərini aldatmış iki vətəndaşın, arxasında heç bir dəlil-sübut dayanmayan iddialarından gedə bilər.
Odur ki, adıçəkilən şəxslərin kimlər tərəfindənsə idarə olunduğunu da təxmin etmək olar. Əsas məqsəd diqqəti Gəncədə aparılan nəhəng tikinti quruculuq işlərindən yayındırmaqdır. Yəqin ki, cənab Prezidentin Gəncədə görülən işlərə yüksək qiymət verməsi kimlərisə möhkəm narahat edir.
Araşdırmamız zamanı təxribatçı şəxslərə istiqamət verən, onları mətbuat səhifələrinə çıxmağa həvəsləndirən adamın kimliyinə də müəyyən mənada aydınlıq gətirmiş olduq. Belə yerdə deyirlər ki, qurd ağacı içindən yeyər. Bəli, doğru qənaətdəsiz, Elmar Vəliyevə vurulan zərbə elə Gəncə şəhər İcra Hakimiyyətindən istiqamət götürür. Adının çəkilməsini istəməyən məlumatlı şəxslərdən birinin verdiyi məlumata görə, Gəncə mövzusunu mətbuat səhifələrinə daşıyan “şikayətçilər” Tutu Əhmədova və Eynulla Kərimovun “xaç atası” qismində şəhər İcra Hakimiyyətinin memarı Əli Rüstəmli iştirak edir. Əldə olunmuş informasayilar göstərir ki, adıçəkilən “şikayətçilərin” Əli Rüstəmli ilə sıx əlaqəsi var. Onlar tez-tez baş memarla telefon əlaqəsi yaradaraq atacaqları növbəti addımlar barədə məsləhət alırlar. “Əgər yoxlanılarsa hər iki şəxsin nömrəsinə Əli Rüstəmlinin telefonundan dəfələrlə zəng getdiyini dəqiqləşdirmək olar. Əli Rüstəmli ov hansı məqsədlə həmin adamları istiqamətləndirdiyini dəqiq deyə bilmərəm. Amma bunu azad adam bilmir ki, mətbuatda Gəncə barəsində yer alan mənfi yazıların əksəriyyəti məhz onun hansısa maraqlara hesablanmış planının tərkib hissəsidir. Görünür, ona şəhərdə istədiklərini həyata keçirməyə imkan verilmədiyindən belə vasitələrə əl atır. Hörmətli Elmar Vəliyev daşın haradan atıldığını araşdırmağa çox da vaxt ayırmamalıdır. Baltanın sapı özlərindəndir. Necə deyərlər, düşmən ocaq başındadır” – deyə, mənbə bildirib.
Qeyd edək ki, bir müddət öncə mətbuatda açıqlaması yayılan Gəncə şəhər İcra Hakimiyyətinin 27 yaşlı memarı Gülnar Günəşli də bildirib ki, onu fikirləri təhrif olunub. G.Günəşlinin sözlərinə görə, o, müsahibəsində tamam başqa mətləblərə toxunub və M.Mustafayevin ona ailə qurmaq təklifi etməsi barədə danışmayıb. Xanım Günəşli qeyd edib ki, hazırlanmış yazıda problemlərin kökü kimi M.Mustafayevi onunla ailə qurmaq istəyi göstərilib: “Görünür jurnalisti müsahibinin taleyi maraqlandırmıır. Belə olmasaydı həmin yazı ancaq daha çox oxucu toplamaq məqsədinə hesablanmazdı. Mən jurnalistlərə Məharət Mustafayevin mənə sevgi etirafı etdiyini, sevgi mesajları göndərdiyini deməmişəm. Mənim fikirlərim təhrif olunub diqqət əsl mahiyyətdən yayındırılıb” – deyə, G.Günəşli bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

Fuad Ələsgərov Prezidentin tapşırığı ilə hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Fuad Ələsgərov Prezidentin tapşırığı ilə hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Hərbi xidmətlə bağlı dəyişiklik:

Hərbi xidmətlə bağlı dəyişiklik: DTX ilə XKX-ya səlahiyyət verildi

Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır

Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu

İİTKM nümayəndəsi: “Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir”

İİTKM nümayəndəsi: “Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir”

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq:

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq: “Nöqsanları aradan qaldırın”

Ermənilər mövqelərimizi atəşə tutub

Ermənilər mövqelərimizi atəşə tutub

Xətaidə suyun verilməsində məhdudiyyətlər olacaq

Xətaidə suyun verilməsində məhdudiyyətlər olacaq

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Model diqqəti geyimi ilə çəkdi-

Model diqqəti geyimi ilə çəkdi- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur