Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 16:31    |    Xəbər oxunub: 565 dəfə
Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib


"Ordu haqqında fikir bildirəndə və yaxud mətbuatda bu barədə yazı yazanda nəzərə alınmalıdır ki, həssas məsələyə toxunulur. Öncə qeyd etməliyəm ki, biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”.



"Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin müzakirəsi zamanı müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.
O, bu məsələdə medianı diqqətli olmağa çağırıb.

K.Vəliyev deputat Qüdrət Həsənquliyevin ordu ilə bağlı mediada yayılan fikirlərinə də toxunub: "Deputat bir müddət öncə, Tərtərdə problem olduğunu demişdi, mətbuat da bunu yazmışdı. Mən dərhal Qüdrət Həsənquliyevlə əlaqə saxladım. O, bu cür məlumatın getməsinə təəccüb etdi. Bildirdi ki, hərbi hissə ilə bağlı dediyi fikirlər bir müddət əvvəl kimdənsə eşitdiyi sözlərdir. Hörmətli deputatlar və media nümayəndələri bu məsələdə diqqətli olmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, həmin media orqanları nə Milli Məclisdə, nə də Müdafiə Nazirliyində akkreditasiyadan keçiblər: "Onlar müxtəlif saytlardır ki, bu cür şeylər yazırlar”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

Fuad Ələsgərov Prezidentin tapşırığı ilə hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Fuad Ələsgərov Prezidentin tapşırığı ilə hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Hərbi xidmətlə bağlı dəyişiklik:

Hərbi xidmətlə bağlı dəyişiklik: DTX ilə XKX-ya səlahiyyət verildi

Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır

Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu

İİTKM nümayəndəsi: “Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir”

İİTKM nümayəndəsi: “Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir”

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq:

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq: “Nöqsanları aradan qaldırın”

Ermənilər mövqelərimizi atəşə tutub

Ermənilər mövqelərimizi atəşə tutub

Xətaidə suyun verilməsində məhdudiyyətlər olacaq

Xətaidə suyun verilməsində məhdudiyyətlər olacaq

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Model diqqəti geyimi ilə çəkdi-

Model diqqəti geyimi ilə çəkdi- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur