Goranboyda tapılan 104 yaşlı qadın Çeçenistana göndərilib


Goranboyda tapılan 104 yaşlı qadın Çeçenistana göndərilib


Goranboyda küçədə tapılan 104 yaşlı Mədinə Əliyeva Çeçenistana göndərilib. Bu barədə AzVision.az-a “Tereza Ana” sığınacağında bildirilib.

Məlumata əsasən Mədinə Əliyeva Azərbaycan Daxili İşlər Nazirliyi və Çeçenistandan olan nümayəndəliyin köməkliyi ilə bu ölkəyə yola salınıb.

"Ona Bakıda lazım olan müvafiq tibbi yardım göstərilib. Lakin o Çeçenistanda yaşamaq istəyib”, - deyə sığınacaqdan bildirilib.

Qeyd edək ki, yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən 104 yaşlı qadının əsl kimliyi müəyyən edilməyib. O, özünü Mədinə Əliyeva kimi təqdim etsə də, Dağıstan və Çeçenistanda bu ad, soyadlı qadının qeydiyyatda olmadığı bildirilib. Həmçinin Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılıb, həmin şəxsin ölkəyə giriş-çıxışının olmadığı ortaya çıxıb.

Bundan sonra Çeçenistan lideri Ramzan Kadırov Goranboyda tapılan 104 yaşlı çeçen qadına kömək edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu