Zərdüşt Əlizadədən Fəzail Ağamalıya ironik cavab


Zərdüşt Əlizadədən Fəzail Ağamalıya ironik cavab


Ana Vətən Partiyasının sədri, Millət vəkili Fəzail Ağamalı kulis.az-a müsahibəsində Xudu Məmmədovun ölümündə Zərdüşt Əlizadəni təqsirləndirib. Millət vəkili bildirib ki, Zərdüşt Əlizadə Xudu Məmmədovu əsəbləşdirərək ölümünə səbəb olub:



"Xudu Məmmədovla ikinci görüşümüz 1988-ci ilə təsadüf edib. O, elə həmin tarixdə vəfat etmişdi. Dram teatrının yanında bir muzeydə yığıncaqdaydıq. Orda xalq hərəkatı haqqında söhbətlər gedirdi. Xudu Məmmədov da millətini sevən alim idi. Çox da nəhəng alim. Orda onu əsəbiləşdirdilər. Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi”.

Qaynarinfo millət vəkilinin iddiasına Zərdüşt Əlizadənin münasibətini öyrənib. O, F.Ağamalının fikirlərinə ironiya ilə cavab verib:

"Fəzail Ağamalı özü xalq şahidi kimi iştirak edib, baxırdı. Polisdə ifadə də verib. Mən bıçaqla Xudu Məmmədovun başını kəsmişəm. Fəzail Ağamalı da buna birbaşa şahidlik edib. Amma məni azad etdilər. Çünki Nemət Pənahlı təqdiK etdi ki, mən KQB agentiyəm”.

Qeyd edək ki, Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından olan Xudu Məmmədov Britaniya Kral Akademiyasının fəxri üzvü idi. 1967-ci ildə "Şərəf nişanı", 1986-cı ildə "Qırmızı Əmək Bayrağı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərmanı" və bir sıra medallarla təltif olunub. 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib. 1990-cı ildə Xudu Məmmədovu (ölümündən sonra) Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məmməd Əmin Rəsulzadə mükafatına layiq görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu