Rusiyada təyyarə qəzasında ölən azərbaycanlı biznesmen imiş- YENİLƏNİB+VİDEO


Rusiyada təyyarə qəzasında ölən azərbaycanlı biznesmen imiş-


Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib.

Orskdakı Azərbaycan icmasından verilən məlumata görə, N.Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

N.Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.(APA)

***

Rusiyanın qəzaya uğrayan "An-148" sərnişin təyyarəsində bir azərbaycanlı olub.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, təyyarənin sərnişinlərinin tam siyahısı dərc olunub.

Siyahıda Namiq Qəhrəmanov adlı azərbaycanlının adı qeyd olunub. Hələlik onun Azərbaycan, yoxsa digər ölkənin vətəndaşı olduğu məlum deyil.

Qeyd edək ki, Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub. Rəsmi məlumata əsasən, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu