Qəza törədən biznesmen oğlunun məhkəməsi: işdən kənarlaşdırılan müstəntiq dindirildi

Xəbərin çap versiyası
Tarix: 13-02-2018, 13:22    |    Xəbər oxunub: 665 dəfə
Qəza törədən biznesmen oğlunun məhkəməsi:


Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gündən sonra polisə təslim olan iş adamın 17 yaşlı oğlu hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunan Rəhim Rəhimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin istintaqını aparan 28 yaşlı müstəntiq Vüqar Abbasov şahid dindirilib.

V.Abbasov əvvəllər Səbayel Rayon Polis İdarəsində işlədiyini, hazırda Bakı şəhər Baş Polis İdarəsinin sərəncamında olduğunu bildirib. İfadəsində Rəhimi cinayət işinin istintaqı zamanı tanıdığını deyib: "Mənə məlumat verilən kimi hadisə yerinə getdim. Hadisə yerinin mühafizəsini təşkil etdim. Hadisə yerinin müayinəsi zamanı məlum oldu ki, avtomobilin nömrəsi yoxdur. Nömrə maşının yük yerindən çıxdı. Polis əməkdaşlarından sürücünün harada olduğunu soruşdum. Dedilər ki, yoxdur".

Müstəntiq ifadəsində bir qədər sonra Əmrulla adlı şəxsin gələrək, hadisə zamanı sükan arxasında olduğunu və qəza törətdiyini bildirib: "Gəlib dedi ki, hadisəni mən törətmişəm. Əvvəlcə meyiti tibbi ekspertizaya apardıq. Sonra idarəyə gəlib Əmrullanı dindirdim. Dindirmə zamanı Əmrullanın yalan danışdığımı bildim. Cinayət işi başladım, ptokurorluğa məlumat verdim. Rəhimin şəxsiyyətini müəyyənləşdirə bilmədiyimə görə axtarışa verdik. Sonradan könüllü istintaqa gəldi. Törətdiyi əməli etiraf etdi".

Dövlət ittihamçısının suallarını cavablandıran müstəntiq qeyd edib ki, hadisə yerində çoxsaylı polis əməkdaşları olub. Hadisə şahidləri qəzanı cavan oğlanın törətdiyini deyiblər: "Soruşdum ki, bəs hanı? Dedilər ki, gedib. Axtardıq, yol kənarındakı maşınların içərisinə baxdıq, tapa bilmədik. Rəhim ortalıqda yox idi".

Hakimin "Belə çıxır ki, siz hadisə yerinə çox gec getmisiniz?" sualına V.Abbasov "Mənə məlumat verilən kimi getmişəm" deyib. Hakim "Rəhimə ittiham verilib ki, qacıb. Amma özü deyir ki, qaçmamışam. Hər kəs törətdiyi əmələ görə məsuliyyət daşıyır. Siz məcburi gətirmə ilə bağlı qərar vermişdinizmi?" sualına V.Abbasov "Məcburi gətirmə ilə bağlı qərar vermək istəyirdim, şifahi tapşırıq əsasında axtarış verdim" deyə cavablandırıb.

Müstəntiq bildirib ki, Rəhimin atası könüllü şəkildə gəlib və qəzanı oğlunun törətdiyini etiraf edib: "Mən Şahbazova dedim ki, sürücü sən deyilsən. İstintaq zamanı da müəyyən olundu ki, sürücü Əmrulla deyil. Bundan sonra atasına bildirdik ki, oğlunu gətirsin. Noyabrın 14-də axtarışa verdik, 20-si gəldi".

Daha sonra şahid qismində polis baş leytantantı Asif Kərimov dindirilib. O, YPX əməkdaşı olduğunu deyib: "İfadə vermək üçün müstəntiq Vüqar Abbasovun otağına getdim, dedi səni çağıracam, izahat alacağam. Dedim ki, nə vaxt çağırsanız, gələrəm. Lakin ondan sonra məni çağırmayıb. Mən bu iş üzrə ifadə verməmişəm".

Müstəntiq Vüqar Abbasov isə bildirib ki, Asif Kərimovu dindirib, lakin xatırlamır. Daha sonra şahid qismində Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Arzu Əliyeb dindirilib: "Hadisə yerinə çatdıq. Qadın artıq keçinmişdi. Orda soruşduq ki, hadisəni kim törədib, dedilər cavan uşaqdır. Həmin cavan oğlan avtomaşının yanında idi. Yanında polislər dayanmışdı".

Məhkəmə prosesi fevralın 20-də davam edəcək.

İttihama görə R.Rəhimov ölümlə nəticələnən qəza törətmə və hadisə yerindən qaçmaqda təqsirləndirilir. R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib. R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb. Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.

3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov "Xırdalan Xəz" ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.(virtualaz)

Qəza törədən biznesmen oğlunun məhkəməsi:

Qəza törədən biznesmen oğlunun məhkəməsi:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Şirvanda “Odessa” Teyyub güllələnib

Şirvanda “Odessa” Teyyub güllələnib

Millət vəkilindən

Millət vəkilindən "İdeal"ın rüsvayçı kampaniyası ilə bağlı maraqlı təklif

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı-

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı- FOTOLAR

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama:

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama: "Ucuz şoudur"

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu-

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu- FOTOLAR

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

Türk ordusu 1931 terrorçu məhv edib

Türk ordusu 1931 terrorçu məhv edib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

560 minə yaxın şəxsin müavinətləri artırılacaq-

560 minə yaxın şəxsin müavinətləri artırılacaq- Açıqlama

Damlaya 35 milyonluq zərbə:

Damlaya 35 milyonluq zərbə: işçisini polisə verdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur