Alışanovun 4 milyon 641 min manatı və…- Ortaya çıxan 3 əsas sual

Xəbərin çap versiyası
Tarix: 23-02-2018, 15:48    |    Xəbər oxunub: 1 149 dəfə
Alışanovun 4 milyon 641 min manatı və…-


Xəbər verildiyi kimi, «Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri» QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə günahlandırılan dörd nəfər bu gün məhkəmə qarşısına çıxarılır. Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək məqsədilə onu öldürməyi planlaşdırmaqda ittiham edilirlər.

Bu işi Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq. Bu gün məhkəmənin hazırlıq iclası keçirilib, təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Ş.Əkbərovun vəkili Bəxtiyar Hacıyev vəsatət hazırlamaq üçün məhkəmədən vaxt istəyib. Bu səbəbdən məhkəmə martın 1-nə qalıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, iş materiallarında yazılanların şər-böhtan olduğunu deyirlər. Təqsirləndirilən şəxs Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva atası barədə irəli sürülən ittihamların saxta olduğunu, sübutların isə istintaq tərəfindən hazırlandığını deyib. Onun sözlərinə görə, Arif Alışanova qarşı “sui-qəsd planı” başdan-ayağa cəfəngiyyatdır, atası AzTV sədrinə qarşı hər hansı bir dələduzluq da etməyib. O, bildirib ki, AzTV sədrinin məqsədi atasına olan borclarını qaytarmamaq olub: “Məqsədi atama olan 860 min manat borcunu qaytarmamaq, 1,3 milyon manat dəyərində aldığı torpaq sahəsinin verilməmiş qalan 1,2 milyon manatını ödəməmək, həmçinin ona və yaxınlarına məxsus 2 milyon manatlıq əmlaklarını əvəzi ödənilmədən ələ keçirməkdi ki, buna da nail olub. Həqiqətən də, atamın həbsindən on gün sonra Arif müəllim bizə məxsus 2 milyon manat dəyərində daşınar və daşınmaz əmlakları zorakılıqla əlimizdən alaraq, əvəzi ödənilmədən ailə üzvləri və yaxınlarının mülkiyyətinə keçirib”.

Ümid edrik ki, kimin haqlı, kimin haqsız olduğu məhkəmənin sonunda məlum olacaq… Ancaq bu hadisə barədə məlumatlar yayılandan sonra ictimaiyyəti maraqlandıran bir çox suallar meydana çıxıb.

Birncisi, aylıq məvacibi 1 800 manat olan Arif Alışanov 4 milyon 641 min 696 manatlıq əmlakı necə əldə edib? Vaxtilə Tağı Əhmədov bunu soruşanda ictimaiyyətlə məzələnirmiş kimi, 3 milyonu maaşını yığaraq topladığını iddia ertmişdi. Arif Alışanovdan bunu ümumiyyətlə soruşan olubmu? İstintaqı aparan orqanlar bununla maraqlanıblarmı?

İkincisi, əgər Arif Alışanov bu 4 milyon 641 min 696 manatlıq əmlakı qanunsuz yollarla, yəni dövlət büdcəsini talamaq, korrupsiya və rüşvət yolu ilə topladığı vəsait hesabına əldə edibsə, niyə onunla bağlı cinayət işi açılmır? Axı biz biləni ölkədə büdcə talançılığına, korrupsiya və rüşvətə amnistiya verilməyib. Hər halda kiminsə bir cinayət işində zərərçəkmiş olması, onun özünün cinayətlərinin bağışlanılmasına əsas yarada bilməz.

Üçüncüsü, əgər Arif Alışanov bu 4 milyon 641 min 696 manatlıq əmlakı qanuni yollarla əldə edibsə, bu vəsaitin mənbəyi və nə qədər vergi ödədiyi niyə ictimaiyyətə açıqlanmır? Vergilər Nazirliyi Arif Alışanovun ötən illər ərzində ödədiyi verginin məbləğini açıqlamaqla bu məsələyə aydınlıq gətirə bilər.

Göründüyü kimi, ortada Arif Alışanovla bağlı çox ciddi və haqlı suallar var. Arif Alışanov sıradan bir şəxs deyil, ictimai fiqurdur, büdcədən ayrılan külli miqdarda vəsaitin xərclənməsinə nəzarət edir. Buna görə bu sualların cavabını açıqlamağa borcludur. Həm də, anadolu türkləri demiş, bəlgəsi ilə birlikdə. Açıqlamırsa və müvafiq orqanlar da buna əhəmiyyət vermirsə, bu da təəccüblü deyil. Adi Azərbaycan reallığıdır.(azpolitika.info)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı:

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: Ayda 120 min manat...

Prezident Siyavuş Novruzovu təltif etdi-

Prezident Siyavuş Novruzovu təltif etdi- SƏRƏNCAM

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Hava şəraiti kəskin dəyişəcək-

Hava şəraiti kəskin dəyişəcək- Xəbərdarlıq

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir-

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib-

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib- FOTOLAR

Avstriyada 6 məscidin bağlanması ilə bağlı

Avstriyada 6 məscidin bağlanması ilə bağlı QƏRAR

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Bakıda kütləvi maliyyə fırıldağı-

Bakıda kütləvi maliyyə fırıldağı- “Zərərçəkmişlərin sayı yüzlərlədir”

Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü-

Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü- “EkoAvrasya” Türk dünyasını bir araya gətirir+VİDEO

Qənirə Paşayeva məktəblilər üçün

Qənirə Paşayeva məktəblilər üçün "Tariximizi öyrənək və təbliğ edək !" adlı tədbir keçirib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur