Alpinistlərin itkin düşməsindən 2 ay ötdü

Xəbərin çap versiyası
Tarix: 24-02-2018, 10:30    |    Xəbər oxunub: 704 dəfə
Alpinistlərin itkin düşməsindən 2 ay ötdü



Azərbaycanda alpinistlərin itkin düşməsindən 2 ay ötür.

Ötən ilin dekabrın 23-də “Gilavar” idman klubunun Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində qalxan üç üzvü - 1983-cü il təvəllüdlü Namin Bünyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə itkin düşüb.

Daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar , Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunaraq axtarışa başlanılıb.

Müəyyən edilib ki, N.Bünyatov, B.Hüseynov və F.Cəbrayılzadə dekabrın 23-də saat 14 radələrində Tufandağ zirvəsinə qalxmaq məqsədilə Quba rayonunun Xınalıq kəndindən Şahdağ Milli Parkının “Xınalıq” keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət edib və naməlum şəraitdə itkin düşüblər.

Alpinistlərin axtarışı hələ də davam etdirilir. Axtarışlara xarici mütəxəssislər cəlb olunub. Dağlıq ərazinin və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq, alpinistlər tapılana qədər Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Sərhəd Xidməti tərəfindən intensiv axtarış tədbirləri davam etdiriləcək.

Qeyd edək ki, alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açılıb. Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.(Azvision)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?

8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?

Qadın polis sosial medianı coşdurdu-

Qadın polis sosial medianı coşdurdu- VİDEO+FOTOLAR

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Günel Səfərova:

Günel Səfərova: “Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir”

NASA səsdən sürətli təyyarə istehsalına başladı

NASA səsdən sürətli təyyarə istehsalına başladı

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

BDU-nun giriş-çıxışı bağlandı:

BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?

Kamran Ağayev millidən kənarlaşdırıldı

Kamran Ağayev millidən kənarlaşdırıldı

Fransada polislə etirazçıların toqquşmasında 400-dən çox insan xəsarət alıb

Fransada polislə etirazçıların toqquşmasında 400-dən çox insan xəsarət alıb

Ötən həftə Türkiyə ordusu 68 terrorçunu məhv edib

Ötən həftə Türkiyə ordusu 68 terrorçunu məhv edib

Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir-

Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir- VİDEO+FOTOLAR

Messengerdən möhtəşəm yenilik

Messengerdən möhtəşəm yenilik

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur