Bankların vətəndaşa qarşı hədə-qorxu vasitəsi: Qanun pozuntusu


Bankların vətəndaşa qarşı hədə-qorxu vasitəsi:


Xəbər verdiyimiz kimi jurnlaist Xaqani Səfəroğlu 3 il öncə “Unibank”dan götürdüyü kreditlə bağlı problemlə qarşılaşıb. Belə ki, devalvasiyadan sonra ondan daha çox pul ödənilməsi tələb olunur. Vətəndaş isə bankı ittiham edərək bildirib ki, devalvasiyanın yaranmasına səbəbkar o olmayıb. Buna görə də, heç bir məsuliyyət daşımaq istəmir. Lakin buna baxmayaraq, ona kollektor şirkəti tərəfindən hədə-qorxu gəlinir.



Maraqlıdır, vətəndaşın bank sirrinin pozulması, onun 3-cü şəxsə açılması nə dərəcədə düzgündür. Hədə-qorxu ilə qarşılaşan vətəndaş bunun üçün nə etməldir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov sualımızı cavablandırıb. Cebhe.info-ya açıqlama verən Ə.Həsənov bildirib ki, ümumiyyətlə kollektorların fəaliyyəti qanunsuzdur:

Bankların vətəndaşa qarşı hədə-qorxu vasitəsi:


“Kollektorun vətəndaş haqda məlumat alması bank sirrinin pozulmasıdır. İlk növbədə bank sirrinin pozulmasına dair vətəndaş məhkəmədə iddia qaldırmalıdır. Vətəndaş vurulan mənəvi zərərin əvəzini tələb etməlidir. Kollektor vətəndaşı söyüb-təhqir edibsə, bu zaman hüquq-mühzafizə orqanlarına məlumat verilməlidir ki, onlara qarşı hansısa tədbir görülsün. Ümumiyyətlə, vətəndaş bilməldir ki, kollektor onu çağırdıqda getməməməli, zənglərə cavab verməməlidir. Kollektorla danışmaq da lazım deyil. Yalnız icra şöbəsi tərəfindən dəvət olunduqda vətəndaş mütləq ora getməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu