Mir Şahin hədələdi: Sizin ana-bacınızı…-Foto


Mir Şahin hədələdi:


Bəli, qayıdır Mir Şahin, hazırlaşın, narahat olmayın, təhqir edilməyəcəksiz, ona görə ki, bu mənim xarakterimcə deyil, amma layiq olduğunuz cavabı mütləq alacaqsınız.



Bu sözləri tanınmış telejurnalist Mir Şahin Ağayev yaxın günlərdə yayıma başlayacaq Real TV ilə bağlı gedən müzakirələr zamanı ona qarşı yönəlmiş ittihamlara cavab olaraq bildirib.

M.Ağayev sosial şəbəkədə yazılanlara laqeyd qalmayaraq rəy bölməsində fikrini yazıb. O bildirib ki, tezliklə sırada olacaq və 1 il 8 ay ərzində ünvanına ulaşılanların əvəzi çıxılacaq:

“Bəli, qayıdır Mir Şahin, hazırlaşın, narahat olmayın, təhqir edilməyəcəksiz, ona görə ki, bu mənim xarakterimcə deyil, amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Barəmdə şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir, mənim düşərgəmi tanımırdınız ki? Mən əlbəttə dövlətimin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma mən sizi özüm açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə ... sevəcəm!!!”

Qeydb edək ki, M.Ağayevin rəhbərlik etdiyi Real TV bu həftə ərzində fəaliyyətə başlayacaq. (axar.az)

Mir Şahin hədələdi:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu