İsa Qəmbər xəstəxanadan buraxılıb


İsa Qəmbər xəstəxanadan buraxılıb


Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müalicə aldığı Türkiyənin paytaxtı Ankara şəhərindəki “Hacettepe” xəstəxanasından buraxılıb.

“Report”un xəbərinə görə, İ.Qəmbərin səhhəti normaldır. Müsavatın sabiq başqanı bu həftənin sonunda Bakıya dönəcək.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib, onun ürəyinə stentlər qoyulub. İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. Daha sonra isə o, Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki “Hacettepe” xəstəxanasına yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu