MTN polkovnikinə cəza istənildi


MTN polkovnikinə cəza istənildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləli, Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin məhkəməsi keçirilib.

Hakim Rahib Salmanovun icraatında olan prosesdə V. Güləli zərərçəkmişlərə dəyən ziyanı ödəmək üçün vaxt istəyib: "Danışıqlar aparırıq, real məsələr var. Bir az da vaxt verin. Sizi aldatmıram, ödəmək imkanım olmasa, demərəm".

Proses aprelin 13-də davam etdiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxır edərək V.Güləlinin 9 il 6 ay, N.Əliyevin 8 il 6 ay, C.İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay, A. İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, V.Güləliyev və Nicat Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri barəsində isə başqa yerə getməmək qərarı verilib.

V.Güləliyev ləğv edilmiş MTN-nin Laçın rayon şöbəsinin rəisi işləyib, hazırda təqaüddədir.(qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu