Prezidentliyə namizədlər maliyyə hesabatı verəcək


Prezidentliyə namizədlər maliyyə hesabatı verəcək


Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində qeydə alınmış namizədlər ikinci ilkin maliyyə hesabatını sabahdan etibarən Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

AzVision.az-ın məlumatına görə, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri ikinci ilkin maliyyə hesabatını səsvermə gününə ən tezi 20 gün qalanadək, yəni martın 22-dən, ən geci 10 gün qalanadək, yəni aprelin 1-ə dək təqdim etməlidir.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu