Məzahir Pənahov: "Sosial şəbəkələrlə bağlı müraciətlər MSK-da araşdırılacaq"


Məzahir Pənahov:


Sosial şəbəkələrlə bağlı müraciətlər Mərkəzi Seçki Komissiyasında (MSK) araşdırılacaq.



Bunu bu gün MSK-nın iclasında sədr Məzahir Pənahov bildirib.

M.Pənahov deyib ki, KİV-lərlə bərabər sosial şəbəkələr də diqqət mərkəzində olacaq.

MSK sədri dairə və məntəqə seçki komissiyalarına da xəbərdarlıq edib: "Dairə və məntəqə seçki komissiyaları üçün ən yüksək şərait yaradılıb, komissiya üzvlərinin peşəkarlığını artırmaq üçün təlimlər keçirilməkdədir. Bütün bunları nəzərə alaraq, yanlışlığa yol verən komissiya üzvlərinin bağışlanmayacağını bir daha bəyan edirəm". (Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu