Konstitusiya Məhkəməsi seçkinin nəticələrinə sabah baxacaq


Konstitusiya Məhkəməsi seçkinin nəticələrinə sabah baxacaq


2018–ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası sabah keçiriləcək.

AzVision.az-ın xəbərinə görə, iclas aprelin 17-də saat 15:00-da keçiriləcək.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək iclasda MSK-nın təqdim etdiyi protokola baxılacaq, iclasda seçkilərlə bağlı ümumi məlumat veriləcək. Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.

Xatırladaq ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu