Məktəb direktoru maşını məktəbin həyətində saxlayır- Şagirdləri qovur


Məktəb direktoru maşını məktəbin həyətində saxlayır-


Görəsən direktor avtomobili saxlamğa başqa yer tapmırmı?

Suraxanı rayonu, Yeni Bülbülə qəsəbəsində yerləşən 316 saylı orta məktəb barədə sosial şəbəkələrdə yayılmış foto marağa səbəb olub. Məktəbin direktoru Gülnarə Əkbərova həyətdə dayanan şagirdlərə acıqlanır və onları təcili siniflərə getməyə çağırır. Zahirən burda qeyri-adi heç nə yoxdur. Hətta direktorun bu hərəkəti təqdirəlayiqdir.



Amma fotoda diqqət çəkən digər bir maraqlı məqam var. Belə ki, məktəb direktorunun avtomobili şagirdlərin sırada dayanması üçün nəzərədə tutulmuş yerdə - düz məktəbin qarşısında park edilib. Görəsən direktor avtomobili saxlamğa başqa yer tapmırmı? (avtosfer.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu