Yeni məmurları siz də tanıyın- SİYAHI


Yeni məmurları siz də tanıyın-


Xəbər verildiyi kimi, prezident İlham Əliyev hökumətin tərkibində dəyişiklik edib.

AFN yeni nazir, komitə sədri, xidmət rəisi vəzifəsi alan şəxslərlə sizi tanış edir. Yeni nazir təyinatlarından biri ekologiya və təbii sərvətlər naziridir. Qeyd edək ki, bu posta Muxtar Babayev təyin edilib. M.Babyev bu təyinatadək Milli Məclisin deputatı, SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifələrində işləyib.

Bundan əvvəl ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov olub.

Dövlət Miqrasiya Xidmətinə də yeni yeni rəisi təyin olunub. Belə ki, Milli Məclisin deputatı Vüsal Əfqan oğlu Hüseynov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.

Yeni təyinat alan təhsil naziri Ceyhun Əziz oğlu Bayramov indiyədək təhsil nazirin müavini vəzifəsində çalışıb.

Dövlət Gömrük Komitəsinə də yeni sədr təyin edilib. Yeni sədr Səfər Məmməd oğlu Mehdiyev bu təyinatadək Dövlət Gömrük Komitəsinin sədrinin I müavini olub.

Fuad Hümbət oğlu Nağıyev isə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, F.Nağıyev 6 fevral 2017-ci il tarixindən Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu