Diaspora ilə iş: zərurət və ehtiyaclar


Diaspora ilə iş: zərurət və ehtiyaclar


2006-ci ildən Azərbaycan diasporunun fəaliyyətini yaxından izləyən şəxs kimi burada gedən proseslər heç zaman diqqətimdən qaçmayıb.
Bu günlərdə ölkə rəhbəri cənab prezident tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun vəzifəsindən uzaqlaşdırılması, əvəzinə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovun təyin olunması sosial şəbəkələrdə, mətbuatda geniş müzakirə olunmaqdadır. Əksər insanlar bu qərara çox sevinirlər və bununla da diasporda canlanmanın baş verəcəyinə inanırlar.


Bu gündən sonra hansı işlər görüləcək məhz o istiqamətlər üzərində fikirləşməliyik. Bunun üçün konkret proqam üzrə hərəkət etmək lazımdır.
Bu gün Azərbaycan diasporunu gücləndirmək üçün kifayət qədər potensial, imkanlar mövcuddur və bu potensialı vətən maraqları çərçivəsində qurmaq işə yalnız stimul verər.
Xüsusilə diasporda milli maraqların birgə qorunmasına, ortaq səmərəli fəaliyyətin gücləndirilməsinə böyük ehtiyac var. Vəziyyəti daha da yaxşı mənada dəyişmək üçün xaricdə yaşayan intellektual, bacarıqlı, vətənsevər, səmimi insanlarla iş birliyini gücləndirmək lazımdır. Ziyalı təbəqənin ortaya çıxarılması və onların sağlam şəkildə dəstəklənməsi prosesinə üstünlük verilməlidir. Xarici media ilə işləyən, ora ilə sıx əlaqələrə malik soydaşlarımız daima dəstək görməlidirlər. Onlarla iş birliyini gücləndirmək və əlaqələr diqqət mərkəzində saxlanmalıdır. Bu gün və sabah diasporda gerçək iş ortaya qoyanları, diaspor üçün çalışan insanlarımızı diasporda küsdürmək yox, əksinə həvəsləndirmək və hər bir soydaşımızın uğuru haqqında cəmiyyəti məlumatlandırmaq lazımdır.
Burada internetın yaratdığı imkanlardan yararlanmaq lazımdır. Sosial şəbəkələr əlaqələrin daha tez qurulmasına kömək edir və vəziyyəti xeyirimizə dəyişir. Fəallarla sosial şəbəkələr üzərində əlaqələr saxlanılmalıdır.

Elnur ELTÜRK



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu