Bakıda 1-ci sinif şagirdini zorlayıblar?- DİN-dən açıqlama


Bakıda 1-ci sinif şagirdini zorlayıblar?-


Daxili İşlər Nazirliyi Bakıda məktəblinin zorakılığa məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.



AFN xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeydə edib ki, bəzi KİV-də paytaxtın Xətai rayonundakı məktəblərdən birində bir şagirdin digər iki məktəbli tərəfindən guya zorakılığa məruz qalması və döyülməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılıb, deyilənlər təsdiqini tapmayıb. Bu məlumatlar əslində hansısa maraqlı şəxslər tərəfindən məqsədli şəkil yayılan dezinformasiyadır”.

Qeyd edək ki, mətbuatda Xətai rayonunda yerləşən orta məktəbin 1-ci sinif şagirdinin 10-cu sinif şagirdləri tərəfindən zorlanması barədə məlumatlar yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu