"Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayevin 43 yaşı tamam olur


"Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayevin 43 yaşı tamam olur


Bu gün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin doğum günüdür.



Nəsimi Paşayev 1975-ci il aprelin 26-da Yevlax rayonunun Xaldan qəsəbəsində dünyaya gəlib.

1992-ci ildə orta məktəbi bitirəndən sonra Türkiyədə Ankara Universitetinə daxil olub.

N.Paşayev müxtəlif vaxtlarda Azərbaycanın müxtəlif mətbu orqanlarında jurnalist kimi, "Barmek-Azərbaycan" şirkəti və "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətlərində çalışıb.

N.Paşayev 2014-cü ildən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəridir.

TREND İnformasiya Agentliyinin kollektivi mətbuat xidmətləri arasında jurnalistlərlə operativ işləməyi bacaran, işinin peşəkarı kimi tanınan və jurnalistlərin dostu olan N.Paşayevi 43 yaşı münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu