Nazir oğlu nədən və kimdən narazıdır?- AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 30-04-2018, 15:21    |    Xəbər oxunub: 3 388 dəfə
Nazir oğlu nədən və kimdən narazıdır?-


"Formula-1 yarışının təşkili "Baku City Circuit" şirkətinə həvalə olunub, şirkətin rəhbəri nazir Azad Rəhimovun oğlu Arif Rəhimovdur. O dünən deyib ki, Formula-1 sahibləri ilə danışıqlar gedir, iyunda qərar veriləcək ki, 2020-ci ildən sonra yarışın Bakıda keçirilməsi 5 il də uzadılsın, ya yox və Arif müəllim bizə (vətəndaşlara) şikayət edib ki, başqa ölkələrə nisbətən Azərbaycan belə yarışın keçirilməsinə görə 2 dəfə daha çox pul verir, bu məbləği azaltmaq istəyirlər".

AFN xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Ekspert A.Rəhimovun narahatlığının başadüşülən olmadığını da vurğulayıb: "Arif müəllim, evdə atanızla danışın, deyin niyə biz ölkə olaraq 2 dəfə daha çox pul veririk? Nədən müqavilə bağlananda bu məsələ qaldırılmayıb? Nə səbəbə ölkə üçün əlverişsiz müqaviləyə qol çəkilib? Əgər atanız bunu sizə izah etsə, lütfən cavabını bizə də deyin, daha öz gördüyünüz işdən, öz sahənizdə olan problemlərdən bizə şikayət etməyin, müqaviləni biz bağlamamışıq axı?!"

Qeyd edək ki, “Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov “RaceFans” saytına müsahibəsində təşkilatçıların “Formula 1” yarışlarının keçirilməsi hüququna görə qiyməti azaldılmasına nail olmaq istədiklərini deyib. A.Rəhimov bildirib ki, münasib yolla məsələnin həllinə çalışırlar: “Əlbəttə, biz müqavilənin uzadılmasının mümkünlüyü barədə danışıqlar apararkən məbləğ müzakirə edilən aspektlərdən yalnız biridir. Bir tərəfdən, biz yarışın gələcəkdə də keçirilməsini istəyirik, digər tərəfdən isə başa düşürük ki, ödəməli olduğumuzdan yəqin ki, çox ödəyirik. Ona görə də münasib həll yolu tapmağa çalışırıq.

Düşünürəm ki, bu layihə təkcə bizim üçün deyil, həm də bildiyimə görə, F1 üçün maraqlı idi. Azarkeşlər yarışı çox bəyəndi, onlar həm tribunadan, həm də TV-dən yarışları izləyirlər. İldən-ilə bizə başqa ölkələrdən daha çox tamaşaçı gəlir, bu isə çox şeydən xəbər verir. Bakının Formula 1 təqviminə daxil olmasını insanlar rəğbətlə qarşılayır və biz bu Qran Prini keçirdiyimizə görə şadıq”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur