Dezinfeksiya Stansiyası “dərman mafiyası” ilə əlbirmiş: bağlanan apteklərdən REPORTAJ

Xəbərin çap versiyası
Tarix: 17-05-2018, 13:35    |    Xəbər oxunub: 982 dəfə
Dezinfeksiya Stansiyası “dərman mafiyası” ilə əlbirmiş:


Bakıda “dərman mafiyası” ilə əməkdaşlığına görə bağlanmış apteklərdə olmuşuq. Metronun “Nizami” stansiyası ilə üzbəüzdə yerləşən iki aptek prokurorluq əməkdaşları tərəfindən möhürlənib.

Həmin apteklərin həbs edilən “Sanimed” MMC rəhbəri Müşfiq Nağıyevə məxsus olduğunu öyrənmişik.

Firmanın idxal etdiyi saxta və qeydiyyatsız dərmanlar həmin apteklədə satılırmış. Artıq bağlanan və möhürlənən apteklərin fəaliyyətini bərpa edəcəyi gözlənilmir.

Prokurorluq əməkdaşları yan-yana yerləşən apteklərə gələrək əczaçılardan kameraları söndürmələri tələb ediblər.

Sonra axtarışlar aparılıb və “dərman mafiyası”na bağlılığı barədə sübutlar götürülüb. Eyni zamanda bir neçə aptekdə analoji axtarışlar aparılıb.

Məsələn, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı “Fatimə”, “Qlobus” aptekləri də araşdırılıb.

“Dərman mafiyası” ilə bağlı şirkətlərdən biri isə həbs edilən Namiq Əliyevə məxsus “Epidbiomed” MMC-dir.

Bu firma haqda gedən xəbərlərə görə, Bakı Dezinfeksiya Stansiyası 2013-cü ildə 216 min manatdan artıq büdcə vəsaitinin “axırına çıxıb”. Bu vəsait yalnız “Epidbiomed” MMC-yə tender vasitəsilə ayrılan puldur.

Bu pullara “Epidbiomed” MMC dərman preparatlarını almalı, kommunal xətlərin təmir işlərini həyata keçirməli, ehtiyat hissələri, sürtkü materialları, təsərrüfat malları, dəftərxana ləvazimatları almalı və mətbəə xidmətləri həyata keçirməlidir.

2004-cü ilin dekabrında yaradılan və əczaçılıq sektorunda monopoliya yaradan “Epidbiomed” MMC yarandığı gündən ölkəni dərman preparatları və vaksinləri ilə təmin etməyi öhdəsinə götürüb.

MMC Bakıda yaradılsa da, qısa müddətdə respublikanın bütün regionlarında nümayəndəliklərini yarada bilib.

Etiraf etmək lazımdır ki, səhiyyə nazirinə yaxınlığı olmayan sıradan bir vətəndaşın bu qədər böyük biznesin altına girməsi mümkün olmazdı.

“Epidbiomed” MMC-nin əsas gəlir yerlərindən biri də respublikanın dövlət qurumlarının nəzdindəki tibb müəssisələrinin tibbi təchizatını tender yolu ilə həyata keçirməkdir.

Yəni, şirkət hər il 30-a qədər rayonun Mərkəzi Xəstəxanalarını tender yolu ilə, digər bütün rayonları isə tenderdən kənar peyvənd və zərdablarla təmin etməyi öz öhdəsinə götürüb.

Dezinfeksiya Stansiyası “dərman mafiyası” ilə əlbirmiş:


Bizimxeber.az-ın məlumatına görə, həm Bakı Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov, həm də “Epidbiomed” MMC-nin rəhbərliyində olan Namiq Əliyev və Surxay Mustafayev səhiyyə naziri Oqtay Şirəliyevin yaxın adamlarıdır.

Baş prokurorluğun yaydığı görə, “Sanimed” MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyev cəmiyyətin satış şöbəsinin müdiri Hafiz Orucov, satış təmsilçisi Asim Kərimov, “Epidbiomed” MMC-nin təsisçisi Namiq Əliyev, həmin şirkətin direktor müavini Kamal Məmmədov və digər vəzifəli şəxslər saxlanılıb.

Onlar əlbir olaraq daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

Yada salaq ki, aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub.

Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. (azeuronews.com)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Rüfət Aslanlı səlahiyyətlərindən birini itirdi

Erməni nazir:

Erməni nazir: İran qazı bizim cibimizə görə deyil

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

"Mənim ana dilim" olimpiada layihəsi başa çatıb

“Səhliyalı” barədə cavabsız suallar:

“Səhliyalı” barədə cavabsız suallar: Siçan nəcisi, xərçəng yaradan maddə və “HALALLIQ”

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

Elmira Axundovaya “Xalq yazıçısı” adı verildi

“SABAH” qrupunun tələbələri

“SABAH” qrupunun tələbələri "Qaçqınkom"da olublar

Binəqədidə yolların yenidən qurulması üçün

Binəqədidə yolların yenidən qurulması üçün 1,9 milyon manat AYRILDI

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

“Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

Yol Polisinin rəhbərliyi Milli Məclisə

Yol Polisinin rəhbərliyi Milli Məclisə ÇAĞIRILDI

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur