Nazirlik "Stimul Hospital"dakı ölüm faktı ilə bağlı açıqlama yaydı


Nazirlik "Stimul Hospital"dakı ölüm faktı ilə bağlı açıqlama yaydı


Bakıda "Stimul Hospital”da xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişməsi hadisəsi yeni deyil, bu hadisə fevral ayında olub.

AFN xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, əməliyyat olunan Quliyeva Yeganə Fəxrəddin qızının ölümü fevralın 14-də baş verib.

Meyit üzərində aparılan məhkəmə-tibb ekspertizasının nəticələri Bakı Şəhər Prokurorluğu və Sabuncu rayon prokurorluğuna təqdim edilib.

Müayinə zamanı xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişdiyi təsdiqlənib.

Hazırda istinaq aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu