BNA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 23-05-2018, 10:49    |    Xəbər oxunub: 1 009 dəfə
BNA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib-


Bakı Nəqliyyat Agentliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli, millət vəkilləri Aydın Mirzəzadə və Əflatun Amaşov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı iştirak edib.



Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin direktoru Nəcəf Quliyev bildirib ki, yaranmasının 100-cü ilini böyük sevinc və qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi hər zaman xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası möhkəm və sarsılmaz təməl üzərində hərtərəfli inkişaf dövrünü yaşayır. 20-ci əsrin sonlarında təkrar müstəqilliyini əldə edən Azərbaycan dövləti böyük uğurlara imza ataraq, dünya birliyində mühüm yer tutaraq etibarlı tərəfdaşa çevrilib və bir çox ölkələr üçün nümunədir.

Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixinin çox şərəfli səhifələrindən biri olmasını xatırladan Milli Məclisin üzvü Aydın Mirzəzadə isə dedi ki, cəmi 23 ay yaşasa da, bu müddət ərzində AXC çox böyük işlər görə bildi - regionda inkişaf edən bir dövlət modeli ortaya qoydu, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün bir çox işlər gördü. Onun sözlərinə görə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf modeli 23 ay yaşamış Xalq Cümhuriyyətinin ali arzularının həyata keçirilməsinə gözəl nümunədir. O dövrdə başlanılan, amma başa çatdırılmayan böyük işləri isə Azərbaycan 2-ci dəfə müstəqilliyini əldə etdikdən sonra həyata keçirmək mümkün oldu. İndi Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Regionda istənilən məsələ ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınır. Ötən əsrdə əsası qoyulan dövlətçilik ənənələrinə sadiq çıxan müasir Azərbaycan dövləti bu il ərzində bir daha bu şərəfli yolun yolçusu olduğunu dünyaya nümayiş etdirəcək.

Milli məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov da vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti bizim fəxr mənbəyimizdir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini yüksək qiymətləndirən millət vəkili qeyd etdi ki, bu dövlətimizin tariximizə olan böyük diqqəti və qayğısıdır.

Səslənən fikirləri bölüşdüyünü qeyd edən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı diqqəti Cümhuriyyət dövründə mətbuatda azadlıq ideyalarının formalaşmasına yönəltdi. Bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyəti jurnalist olub. Demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşır, həllini gözləyən məsələlərə toxunur, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ edir və bir növ siyasi maariflənmə işi aparırdı.

BNA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib-

BNA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib-

BNA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib-

BNA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib-

BNA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib-

BNA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib-


BNA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar-

Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar- qorxunc mənzərə

“Azərbaycanlıları məyus olmamağa çağırıram”-

“Azərbaycanlıları məyus olmamağa çağırıram”- çeçen nazirdən növbəti açıqlama

“Sən ordan çıx, mən burdan...”-

“Sən ordan çıx, mən burdan...”- Qalmaqallı prorektorla bağlı növbəti ARAŞDIRMA

Aqil Acalov:

Aqil Acalov: "Azərbaycan və çeçen xalqlarının münasibətləri tarixlə sınanıb"

Elxan Şahinoğlu:

Elxan Şahinoğlu: "Qarabağ Münhenlik deyil"

Lotu Qulinin 3 adamı tutuldu:

Lotu Qulinin 3 adamı tutuldu: polis basqını

Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı-

Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı- QALMAQAL

ADRA-dan şikayət-

ADRA-dan şikayət- Pulun nə üçün yığıldığı məlum deyil

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı-

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı- FOTOLAR

İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi

İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı-

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı- FOTOLAR

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur