Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət veririk- "Veysəloğlu"

Xəbərin çap versiyası
Tarix: 23-05-2018, 15:22    |    Xəbər oxunub: 643 dəfə
Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət veririk-


Son günlər sosial şəbəkələrdə ölkə bazarında Belarusiya kərə yağı adı altında mənşəyi bilinməyən kərə yağlarının satıldığı müzakirə olunur.

AFN xəbər verir ki, respublikamıza Belarusiyadan kərə yağı idxalı ilə məşğul olan şirkətlərdən biri olan "Veysəloğlu" MMC məsələyə münasibət bildirib: "Şirkət olaraq kərə yağlarını Belarusiyanın tanınmış süd və süd məhsulları istehsalçısı COMPİMİLK OAO müəssisəsindən tədarük edirik. Müssisədən ölkəmizə idxal olunan kərə yağları “Milk World” və “Shuchinski Belarus” adı altında pərakəndə və topdan satış mağazalarına paylanılır. “Milk World” adı ilə satışda olan kərə yağları marketlərdə 1 kiloqramlıq qablaşdırılmada 14 manat 79 qəpiyə təklif olunur. “Shuchinski Belarus” kərə yağları isə 5 və 10 kiloqramlıq qablaşdırılmalarda olur ki, bu qablaşdırmalar üzərində də istehsalçı, tərkib, saxlanma şəraiti və müddəti barəsində iştehlakçıya geniş məlumatlar verilir. Marketlərdə isə bu qablaşdırılmalar açılaraq qramlar şəklində paketlənərək müştərilərə təklif olunur. Qeyd edək ki, hər iki markada istehsalçı barədə - ünvan, istehsal müəssisəsi, əlaqə nömrələri, rəsmi internet səhifəsi – məlumatlar qeyd olunub. Bundan başqa “Milk World” 1 kiloqramlıq kərə yağları ölkəmizdə qablaşdırılır və qablaşdıran şirkət barədə də məlumatlar məhsulların üzərində qeyd olunmuşdur.

İstehlakçılara bildirmək istəyirik ki, bəzi işbazlar Belarusiya kərə yağlarının keyfiyyətli olması və bu yağlara alıcılar arasındakı müsbət rəydən istifadə edərək digər qarışıq yağları təmiz kərə yağı adı altında istehlakçılara təqdim edir. Alıcılardan bu məsələdə həssas və daha diqqətli olmalarını tövsiyyə edirik.

Veysəloğlu MMC tərəfindən idxal olunan bütün qida və qeyri qida məhsulları Keyfiyyətə nəzarət departamentinin Mərkəzi Laboratoriyasında, həmçinin yerli və xarici ölkələrin akkreditasiya olunmuş laboratoriyalarında orqanoleptik, keyfiyyət, qida təhlükəsizliyi, markalanma, qablaşdırmanın bütövlüyü, daşınma və qəbul zamanı temperatur göstəriciləri və digər kriteriyalar üzrə standartın tələblərinə uyğun şəkildə yoxlanılır. Standartlara cavab verməyən və istehlakçı üçün təhlükəli sayılan məhsulların tədarükü dərhal dayandırılır və məhsul geri göndərilir.

Veysəloğlu Şirkəti olaraq hər zaman insanların sağlam qida ilə təmin olunmasını diqqətdə saxlayır, idxalını həyata keçirdiyimiz məhsulların, o cümlədən kərə yağı məhsullarının keyfiyyətinə tam zəmanət veririk".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu-

Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu- FOTOLAR

Axtarışda olan 15 nəfər saxlanılıb

Axtarışda olan 15 nəfər saxlanılıb

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi:

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi: Azərbaycanda nadir hadisə

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur