İTV-yə rəhbər olmaq istəyən bioloq: "Televiziyadan anlayışım yoxdur"


İTV-yə rəhbər olmaq istəyən bioloq:


İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb. Namizədlər arasında AMEA-nın Mərkəzi Nəbatət Bağının Elmi İşçisi Sadıq Qarayevdir.

Mərkəzi Nəbatət Bağının Elmi İşçisinin televizyaya rəhbər vəzifəsinə namizədliyini irəli sürməsi hər kəsin marağına səbəb olub. Sözügedən məsələ ilə bağlı bioloq Sadıq Qarayev unikal.org-a müsahibə verib.

AFN həmin müsahibəni təqdim edir:

-Sadıq müəllim necə oldu ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifənizə namizədliyinizi irəli sürdünüz?

-Mən həm elm sahəsini təmsil edirəm, həm biologiya üzrə fəlsəfə doktoruyam, həm də Yazıçılar Birliyinin üzvüyəm. Bu fəaliyyətim əsas verir ki, İTV-yə rəhbərlik edim. Kənddə böyüdüyüm üçün aqrar sahəni, iqtisadiyyatın bəzi sahələrini bilirəm. 25 yaşımda Gənc Alimlər Mərkəzini yaratmışam, seçkilərdə iştirak etmişəm. İctimai Televiziya ictimaiyyətin bütün təbəqələrini təmsil etməlidir. Mən də düşündüm ki, mənim fəaliyyətim imkan verir ki, televiziya rəhbəri olum.

-Sosial şəbəkələrdə sizin namizədliyiniz hər kəsdə böyük maraq yaradıb. Siz televiziya işini bilirsinizmi?

Mən elm sahəsini təmsil etdiyim üçün gərək sizin suallarınıza səmimi cavab verim. Televiziya sahəsindən anlayışım yoxdur. Nə jurnalist, nə də rejissor kimi fəaliyyət göstərmişəm. Mən televiziya işini bilmirəm. Amma bu işimi bilməməyim televiziyaya rəhbərlik etməyimə əngəl törədə bilməz. Onu idarə etmək üçün hökmən deyil ki, mən rejissor olum. Rəhbər gedib operator yerinə çəkmir ki və ya rejissorun yerinə iş görmür ki? Rəhbər bu işin alqoritmini yaratmalıdır. Rəhbər elmi yanaşma tətbiq etməlidir.

-Bu işi bilməməyiniz baş direktor seçildiyiniz təqdirdə sizə çətinlik yarada bilərmi?

Bu işi bilməməyin mənə heç bir maneçilik törədə bilməz. Çünki mən idarəçiliyimə, gücümə bələdəm. Həmçinin hərbidə çavuş olmuşam. İnsanları çətin şəraitdən çıxarmağı bacarıram. Əminəm ki, insan bir işi görməyi qarşısına məqsəd qoyarsa, mütləq ona nail olar.

-İTV-də yayımlanan verilişləri izləyirsinizmi? Rəhbər seçilsəniz nələrdə dəyişiklik edəcəksiniz?

-İctimai Televiziyanı, Dövlət Televiziyası digər kanallarla müqayisədə məni qane edir. Amma nə çatmır? Biz dünya televiziyaları ilə ayaqlaşa bilmirik İctimai televiziyaya baxarkən tez kanalı dəyişsək Türkiyənin kanallarına, Rusiya kanallarına görərik ki, nələrsə çatmır. Verilişlər təşkil edirlər auditoriyada elə insanlar olur ki, başqa ölkələrin televiziyalarında olan şəxslərlə müqayisə də uyğun gəlmir. İnsan televiziya proqramlarından faydalanmalıdır.

-Rəhbər seçilsəniz bəyənmədiyiniz verilişlərin yayımını dayandıracaqsınız?

-Birinci müəyyənləşdirəcəm ki, verilişlərin təyinatı nədir. Onların fəaliyyətləri effekt verirmi? Verilişlər effekt verirsə təkmilləşdirəcəyəm, effekt vermirsə o verilişlərin insanlara əziyyət verməsinə imkan verməyəcəyəm. Əvəzində yeni layihələr düşünəcəyəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu