“Renessans Palace” balaca sakinlərini sevindirib


“Renessans Palace” balaca sakinlərini sevindirib


“Renessans Palace” yaşayış kompleksi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq balaca sakinləri üçün rəssamlıq dərsi təşkil edib. Rənglərin al-əlvan dünyasına qatılan balacalar plastik qablar üzərində müxtəlif balıq növləri hazırlayaraq onlardan “Bakı – sevimli şəhərim” mövzusunda kompozisiya yaradıblar.

Master-klassa Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun rəyasət heyyətinin üzvü, Beynəlxalq Qadın Rəssamları Assosiasiyasının üzvü, peşəkar rəssam Nərminə Vəliyeva rəhbərlik edirdi. Uşaqlar ustad dərsləri ərzində müxtəlif rəng boyalarının harmoniyası haqqında öyrəndilər, maraqlı və əyləncəli anlar yaşayıblar.

Master-klassdan sonra isə uşaqlara onların sevimlisi məşhur “Mr White” – Oleq Silkovun iştirakı ilə “Köpüklü şou” proqramı da nümayiş edilib. Sonda “Renessans Palace”ın balaca sakinləri üçün hazırladığı hədiyyələri onlara 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündən xatirə olub.

“Renessans Palace” balaca sakinlərini sevindirib

“Renessans Palace” balaca sakinlərini sevindirib

“Renessans Palace” balaca sakinlərini sevindirib

“Renessans Palace” balaca sakinlərini sevindirib

“Renessans Palace” balaca sakinlərini sevindirib

“Renessans Palace” balaca sakinlərini sevindirib

“Renessans Palace” balaca sakinlərini sevindirib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu