Qaçdığı xəbəri yayılan Xaləddin İsgəndərov danışdı


Qaçdığı xəbəri yayılan Xaləddin İsgəndərov danışdı


“Mən Azərbaycandan niyə qaçmalıyam? Jurnalistlərdir də ağillarına nə gəldi yazırlar.Amma bilsinlər ki, mən heç bir yerə qaçmamışam. Hazırda Goranboyda ata yurdumdayam. Kəndimizdə dincəlirəm”.

AFN xəbər verir ki, bu sözləri gununsesi.infoya eksklüziv açıqlamasında bu günlərdə vəzifəsindən azad edilən Binəqədi rayonunun sabiq icra başçısı Xaləddin İsgəndərov ölkəni tərk etməsi barədə xəbərlərə münasibətində bildirib. Sabiq icra başçısı əlavə edib ki, ölkəni tərk etmək niyyəti yoxdur. “Azərbaycan Almaniyadan da yaxşı ölkədir. Öz ölkəmin başqa dövlətlərdən nəyi əskikdir? Hazırda ata evimdəyəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu