Qənirə Paşayeva yeni icra başçısını təbrik etdi


Qənirə Paşayeva yeni icra başçısını təbrik etdi


105 saylı Tovuz seçki dairəsinin deputatı Qənirə Paşayeva rayona yeni təyin edilmiş icra başçısı Məmməd Məmmədovu təbrik edib.

AFN xəbər verir ki, millət vəkili bunları deyib: "Cənab Prezidentin sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Məmməd Məmmədovu təbrik edir, ona bu önəmli vəzifədə insanlarımıza yaxşı xidmət etməyi, Tovuzun daha da inkişafı üçün səylə çalışmağı və uğurlar diləyirəm. Məmməd müəllim ziyalı bir ailənin təmsilçisidir və inşallah Tovuz üçün gözəl işlər görməsi hamımızın ən böyük gözləntisidir. Uğurlar və təbriklər!"

Qeyd edək ki, M.Məmmədov Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparat rəhbəri Cahan Məmmədovun qardaşıdır. Onun bu təyinatadək bizneslə məşğul olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu