Anar Bağırov İradə Cavadova ilə bağlı məsələyə münasibət bildirdi


Anar Bağırov İradə Cavadova ilə bağlı məsələyə münasibət bildirdi


"Mənimlə İradə xanım arasında heç vaxt problem olmayıb, konfransda da sədrliyə namizədliyimin lehinə olub"

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil İradə Cavadova ilə bağlı "Facebook" səhifəsində yazdığı statusda bildirib.
"Vəkil İradə Cavadova ilə dünən Vəkillər Kollegiyasında görüşümüz oldu. Hər ikimiz bizim şəxsi münasibətlərimizin yaxşı olmaması barədə söylənilən fikirlərin absurd olduğunu qeyd etdik, mənimlə İradə xanım arasında heç vaxt problem olmayıb, konfransda da sədrliyə namizədliyimin lehinə olub. Olan məsələlərin də sivil qaydada həll olunmasının tərəfdarıyıq", - deyə Vəkillər Kollegiyasının sədri vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İradə Cavadovanın Vəkillər Kollegiyasında üzvlüyünə xitam verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu