DSX “Zəfərə doğru” yürüş etdi

Xəbərin çap versiyası
Tarix: 15-06-2018, 14:57    |    Xəbər oxunub: 887 dəfə
DSX “Zəfərə doğru” yürüş etdi


Azərbaycan sərhədçiləri 15 İyun – Milli Qurtuluş Gününün 25-ci ildönümünü yüksək səviyyədə qeyd edirlər.



Dövlət Sərhəd Xidmətındən (DSX) AFN-ə verilən məlumata görə, xidmətin hərbi qulluqçuları “Zəfərə doğru” möhtəşəm bayraq yürüşü ilə dahi öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər.

Tədbir Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən hərbi hissəsində dövlət himninin səslənməsi ilə başlayıb. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının Milli Qurtuluş Gününün 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib. O, xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin sarsılmaz iradəsi, əzmi və zəngin dövlətçilik təcrübəsi sayəsində qısa zaman ərzində ölkədə sabitliyin bərpa edildiyini, tənəzzülün qarşısının alınaraq dövlətçiliyimizin qorunduğunu, müstəqilliyimizin əbədiliyinin və dönməzliyinin təmin edildiyini vurğulayıb.

95 illik yubileyini qeyd etdiyimiz Ümummilli Liderin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı qeyd olunub.

Təntənəli düzülüşdən sonra 2 kilometr uzunluğunda olan dövlət bayrağımız başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri üzərində hərbi hissədən çıxarılaraq vətənpərvərlik mahnılarının sədaları və yerli sakinlərin izdihamlı alqışları altında zəfər yürüşü keçirilib.

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atları üzərində sərhədçi süvarilərin böyük fəxrlə başları üzərinə ucaltdıqları müqəddəs dövlət bayrağımızın tədbirə cəlb olunmuş zirehli döyüş texnikalarının üzərində də dalğalanması, bayrağımızdakı səkkizguşəli ulduzu tərənnüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.

Yürüş iştirakçıları ölkəmizin ərazi bütövlüyünün bərpası və Vətənimizin bütün sərhədlərinin dövlət bayrağı altında mühafizə altına alınması uğrunda savaşa sərhədçi hazırlığını nümayiş etdiriblər. Zəfər yürüşünün çoxsaylı gənclər və uşaqlar tərəfindən böyük çoşqu ilə izlənilməsi, hərbi qulluqçularla təmasda olmaları, fotoşəkillər çəkdirmələri vətənpərvərlik ruhunda təşkil olunmuş tədbirin tərbiyəvi əhəmiyyətini də artırıb.

“Zəfərə doğru” sərhədçi yürüşü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizi qüdrətləndirəcək və bütün sərhədlərimiz boyu üçrəngli bayrağımızı dalğalandıracaq böyük zəfərlərin təzahürü olub.

DSX “Zəfərə doğru” yürüş etdi
DSX “Zəfərə doğru” yürüş etdi
DSX “Zəfərə doğru” yürüş etdi
DSX “Zəfərə doğru” yürüş etdi
DSX “Zəfərə doğru” yürüş etdi
DSX “Zəfərə doğru” yürüş etdi
DSX “Zəfərə doğru” yürüş etdi
DSX “Zəfərə doğru” yürüş etdi
DSX “Zəfərə doğru” yürüş etdi
DSX “Zəfərə doğru” yürüş etdi
DSX “Zəfərə doğru” yürüş etdi
DSX “Zəfərə doğru” yürüş etdi
DSX “Zəfərə doğru” yürüş etdi
DSX “Zəfərə doğru” yürüş etdi





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?-

Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?- ŞƏRH

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib-

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib- FOTOLAR

"Asan İmza"dan istifadə 2,5 manat oldu: üstünlüklər haqda

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Prezident Parisdə bır sıra görüşlər keçirib-

Prezident Parisdə bır sıra görüşlər keçirib- YENİLƏNİB

Paşinyan Qarabağda müharibə riski haqda:

Paşinyan Qarabağda müharibə riski haqda: Rusiya buna imkan verməz

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur