Xəzərdə balıqlar kütləvi şəkildə ölür- VİDEO


Xəzərdə balıqlar kütləvi şəkildə ölür-


Xəzər dənizindəki balıqlar sahilboyu kütləvi şəkildə ölüb. Hadisənin baş verdiyi qum adasına baxış keçirilib. Su və balıqlardan götürülən analizlər nəticəsində məlum olub ki, balıqlar suda oksigen azlığından tələf olublar.



Qum adasında balıqlar kütləvi şəkildə məhv olub.

Hadisənin səbəblərini araşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib.Su nümunələrinin analizi zamanı müəyyən edilib ki, balıqların yaşadığı mühitdə suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək azalıb.

Nazirlik rəsmisi bildirib ki, tələf olan balıqlar sivriburun kefalın körpələridir. Analizlər zamanı balıq nümunələrində infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.Bu hala əsasən səhər saatlarında rast gəlinir.

Elmi-tədqiqat balıqçılıq təsərrüfatı institutunun direktoru Mehman Axundov deyir ki,bu təbi bir psosesdir və yay aylarında suyun dayaz hissələrində balıqların kütləvi ölümünü müşahidə etmək mümkündür. (xezerxeber)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu