Zaur Mirzə-zadə: Sabitliyimizi heç bir qüvvə poza bilməz

Xəbərin çap versiyası
Tarix: 12-07-2018, 16:18    |    Xəbər oxunub: 534 dəfə
Zaur Mirzə-zadə:


“Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri,XALQ.AZ-ın baş redaktoru Zaur Mirzə-zadə «İki sahil» qəzetinə açıqlamasında iyulun 10-da Gəncədə baş vermiş terror hadisəsini şərh edərkən bildirib ki, bu hadisə Azərbaycanı istəməyən güclərin xaincəsinə hazırladığı təxribatdır: «İki yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi Azərbaycana qarşı yönəlmiş terrordur. Ölkəmizin inkişafını istəməyən, xaos yaratmaq niyyətində olanların planlarıdır. Bu hadisələri törədənlər tezliklə cəzalarını alacaqlar. Azərbaycanda sabitliyi heç bir qüvvə poza bilməz. Çünki dövlətimiz bu sabitliyi əldə etmək üçün çox böyük sınaqlardan keçib.»



Zaur Mirzə-zadə vurğulayıb ki, xalqımız müstəqil Azərbaycanda mövcud olan bu dəyərlərin qorunması naminə elə sıx birləşib ki, bu birliyi heç bir vəchlə pozmaq mümkün deyil: «Bu cinayətlərin səbəbləri və arxasında dayanan məsələlər ciddi şəkildə araşdırılacaq. Hesab edirəm ki, Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafında daha sıx birləşməsini tələb edir. Bu hadisələr bizi daha da birləşdirməlidir. Dövlətin qanuni təmsilçisinə, polis zabitlərinə əl qaldıranlar terrorçu kimi qəbul edilməli, nəinki onların özləri, dəstəkçiləri də aşkarlanıb qanunla sərt cəzalandırılmalıdır.»




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?-

Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?- ŞƏRH

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib-

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib- FOTOLAR

"Asan İmza"dan istifadə 2,5 manat oldu: üstünlüklər haqda

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Prezident Parisdə bır sıra görüşlər keçirib-

Prezident Parisdə bır sıra görüşlər keçirib- YENİLƏNİB

Paşinyan Qarabağda müharibə riski haqda:

Paşinyan Qarabağda müharibə riski haqda: Rusiya buna imkan verməz

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur