Bakıda çökən yol “alternativ yol” imiş


Bakıda çökən yol “alternativ yol” imiş


Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmə baş verən yol 7-8 il öncə Bakı Metropoliteni tərəfindən metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, çökmənin səbəbi hazırda əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cəlb edilmiş ağır texnikalar qazıntı işləri apardıqdan sonra bəlli olacaq: "Çökmənin səbəbləri aradan qaldırılandan sonra yolun bərpasına başlanılacaq". (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu