Bakıda yolun çökməsinin səbəbi açıqlandı- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 16-07-2018, 16:55    |    Xəbər oxunub: 876 dəfə
Bakıda yolun çökməsinin səbəbi açıqlandı-


Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməyib və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.

Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib.

Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır.

Qeyd edək ki, çökmə qeydə alınan hissə "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.

Çökmə ərazisində aparılan işlərlə bağlı ətraflı və daha geniş məlumatlar veriləcək.

Bakıda yolun çökməsinin səbəbi açıqlandı-

Bakıda yolun çökməsinin səbəbi açıqlandı-

Bakıda yolun çökməsinin səbəbi açıqlandı-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qubada qəbiristanlıqda çətənə becərən şəxs saxlanılıb

Qubada qəbiristanlıqda çətənə becərən şəxs saxlanılıb

Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti və Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti və Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağdan danışıb

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

Müdafiə Nazirliyi cəbhə xəttində son vəziyyət barədə

Müdafiə Nazirliyi cəbhə xəttində son vəziyyət barədə

Hərbi Hava Qüvvələri hərəkətə keçdi-

Hərbi Hava Qüvvələri hərəkətə keçdi- VİDEO

Şəhid qızını vurub öldürən biznesmen oğlu həbsxanadan çıxdı

Şəhid qızını vurub öldürən biznesmen oğlu həbsxanadan çıxdı

"Bakmil" stansiyası qarşıdakı istirahət günlərində də adi qaydada işləyəcək

Baş pediatrdan ağır vəziyyətdə olan körpə ilə bağlı açıqlama

Baş pediatrdan ağır vəziyyətdə olan körpə ilə bağlı açıqlama

DİN, Baş Prokurorluq və DTX Elmar Vəliyevin güllələnməsi ilə bağlı məlumat yaydı

DİN, Baş Prokurorluq və DTX Elmar Vəliyevin güllələnməsi ilə bağlı məlumat yaydı

Bənövşəyi xəttin üçüncü stansiyasında tikinti işləri davam edir-

Bənövşəyi xəttin üçüncü stansiyasında tikinti işləri davam edir- VİDEO+FOTO

“Nar” bölgələrdəki LTE şəbəkəsini genişləndirir

“Nar” bölgələrdəki LTE şəbəkəsini genişləndirir

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur