Bakıda ürəkağrıdan görüntü: qolu qırılmış qadına küçə təmizlətdirirlər


Bakıda ürəkağrıdan görüntü: qolu qırılmış qadına küçə təmizlətdirirlər


Bu gün Bakı şəhəri Səbail rayonu ərazisində, Nizami küçəsində "Landmark" Biznes Mərkəzinin yaxınlığında bir qolu qırılmış və ayaqüstündə güclə dayanan süpürgəçi qadın işə çıxarılıb.



Qaynarinfo xəbər verir ki, bu barədə "Facebook"da Pərviz Bağırov adlı istifadəçi yazıb. O, qadının başını aşağı əyib çətinliklə küçəni süpürdüyünü qeyd edərək, onu bu vəziyyətdə işə çıxaran qurumu qınayıb:

"Bu səhər "Landmark" Biznes Mərkəzinin yaxınlığında bir süpürgəçi qadın gördüm. Bir əli qırılmışdı və başını aşağı əyərək çətinliklə küçəni təmizləyirdi. Belə anladım ki, həm də Parkinson xəstəliyindən əziyyət çəkirdi. Ürəyim ağrıdı. Ona pul təklif etdim, lakin qəbul etmədi. Nə edə bilərik? Onu bu vəziyyətdə kimlər işə çıxarır", - deyə P.Bağırov yazıb.

Məsələ ilə əlaqədar sözügedən əraziyə nəzarət edən 4 saylı Mənzil Kommunal Təsərrüfat İdarəsi ilə əlaqə saxladıq. Lakin aidiyyəti şəxslər işdə olmadığından daha sonra əlaqə saxlamağımızı istədilər.

Bakıda ürəkağrıdan görüntü: qolu qırılmış qadına küçə təmizlətdirirlər



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu