Altı çəkilən qəlyan- VİDEO


Altı çəkilən qəlyan-


Millət vəkilinin oğlu millətin dilində



Həbib Axundov son günlər sosial şəbəkələrin ulduzuna çevrilib. Bu cavan oğlan əgər deputat Elmira Axundovanın oğlu olmasaydı, bəlkə də internetdə onun videolarına baxış sayı da bu qədər çox olmayacaqdı.

Amma dediyimiz kimi deputat və xalq yazıçısının oğlu olması onu bir göz qırpımında Xalqın ulduzuna çevirib. Əslində bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işində Həbib Axundov özü zərərçəkmiş qismindədir.

Məsələn, bu gün hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Fərman Məmmədov çıxış edərək bildirib ki, ona 575 min manat məbləğində zərər dəyib. Hansı ki, o bu pulun 435 min manatını Həbib Axundova, 140 min manatını isə Həbibin vasitəsilə Elnur İbrahimova verib. Və 575 min manat pulun 250 min manatını deputat Elmira Axundova öz evində şəxsən ona qaytarıb.

Kim bilir, bəlkə indi bu kadrlar da məhkəməyə təsir vasitəsi kimi ortaya atılıb. Hər şey mümkündür. Amma heç bu faktın özü də deputat oğlunun oliqarx həyat tərziylə maraqlananların suallarına cavab deyil. Bəs Elmira Axundova özü bu haqda nə düşünür?

Nə deyirik? Təki hər şey yaxşı olsun. Həm də bir azca da sadə. Çünki Azərbaycanla bağlı bu günkü həssas məqamda belə nümunələr arzuolunan deyil. Bunu hələ illər qabaq Prezident İlham Əliyev də deyib. Məmur övladlarına xitabən deyib. Nə olsun ki, Elmira xanım məmur deyil, amma Azərbaycanın millət vəkili, xalq yazıçısıdır. Böyütdüyü oğul da xalqla ayaqlaşsa bunun nəyi pis olar ki? (realtv.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu