Hikmət Babaoğlu təkzib etdi: "Mənim 18 mənzilim yoxdur..."



"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşad Baratın ona ünvanladığı açıq məktubla bağlı redaksiyamıza təkzib məktubu göndərib. Məktubu olduğu kimi dərc edirik:

Nəzərinizə çatdırıram ki, sosial şəbəkələrə istinadən dərc etdiyiniz mənə ünvanlanan məktubda haqqımda yazılanların heç biri həqiqəti əks etdirmir. Mənim 18 mənzilim yoxdur, Jurnalistlərin Binası kimi tanınan binada isə evim var, ancaq heç kimə kirayəyə verilməyib. Mən bütün jurnalist həmkarlarımı, informasiya mənbəyi kimi çıxış etmək istəyən bütün subyektləri məsuliyyətli olmağa çağırıram. Unutmayaq ki, doğru olmayan məlumatların yayılması hüquqi məsuliyyət yaradır. Biz, milli mətbuatımızın mənsubları daima belə məsələlərdə diqqətli olmuşuq və bundan sonra da diqqətli olmalıyıq.Təşəkkür edirəm.

Hörmətlə Hikmət Babaoğlu

Redaksiyadan: Hörmətli H.Babaoğlunun nəzərinə çatdırırıq ki, "Hikmət Babaoğlu jurnalistlərin binasındakı evini ərəblərə kirayə verib?- deputata açıq məktub" sərlövhəli yazı adından göründüyü kimi, xəbər janrında deyil, publisistik yazıdır. Bu cür yazılarla bağlı isə məsuliyyəti redaksiya deyil müəllif daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu