Kriminal aləmin məşhur simasının Azərbaycana gəlməsi xəbəri təkzib olundu- RƏSMİ


Kriminal aləmin məşhur simasının Azərbaycana gəlməsi xəbəri təkzib olundu-


"Kriminal aləmdə "Timur Dikiy” kimi tanınan çeçen əsilli Timur Tumaevin Azərbaycana gəlməsi xəbəri həqiqətə uyğun deyil".



Bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisinin müavini, polis polkovniki Orxan Mansurzadə Qaynarinfo-ya açıqlamasında bildirib.

"Bu haqda yazılanlar dezinformasiyadır"- deyə DİN rəsmisi əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Timur Tumaevin Azərbaycana gəlməsi və azərbaycanlı mərhum "qanuni oğru”lar Rövşən Lənkəranski ilə Masallı Mamedin məzarlarını ziyarət etdiyi barədə mətbuatda xəbər yayılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu