"İrşad Electronics" rəhbərinin ölüm səbəbi açıqlandı

Xəbərin çap versiyası
Tarix: 18-10-2018, 12:13    |    Xəbər oxunub: 568 dəfə
"İrşad Electronics" rəhbərinin ölüm səbəbi açıqlandı


Sentyabrın 14-də dünyasını dəyişən və intihar etdiyi bildirilən "İrşad Electronics" MMC-nin rəhbəri İrad Hacıyevin ölümü ilə bağlı təyin edilən ekspertizanın nəticəsi məlum olub.

AFN-in məlumatına görə, publika.az-a açıqlama verən mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev deyib ki, məhkəmə-tibbi ekspertizası qardaşının qəbul etdiyi ürək dərmanı səbəbindən vəfat etdiyini bildirib. Belə ki, həmin gün evdə tək olan iş adamı ürəyindəki narahatlıq səbəbindən bir neçə həb qəbul edib. Lakin bu həblər onun vəziyyətinin yaxşılaşmasına kömək etməyib və İ.Hacıyev tormboemboliya (ürək damarlarının tromblaşması) səbəbindən vəfat edib.
Əhəd Hacıyev əlavə edib ki, qardaşının hər hansı problemi, sıxıntısı olmayıb: "O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin. Həm də onun maddi sıxıntısı, problem yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun ölüm faktı ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Mərhumun ailəsi ekspertiza rəyindən sonra cinayət işinə xitam veriləcəyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?

8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?

Qadın polis sosial medianı coşdurdu-

Qadın polis sosial medianı coşdurdu- VİDEO+FOTOLAR

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Günel Səfərova:

Günel Səfərova: “Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir”

NASA səsdən sürətli təyyarə istehsalına başladı

NASA səsdən sürətli təyyarə istehsalına başladı

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

BDU-nun giriş-çıxışı bağlandı:

BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?

Kamran Ağayev millidən kənarlaşdırıldı

Kamran Ağayev millidən kənarlaşdırıldı

Fransada polislə etirazçıların toqquşmasında 400-dən çox insan xəsarət alıb

Fransada polislə etirazçıların toqquşmasında 400-dən çox insan xəsarət alıb

Ötən həftə Türkiyə ordusu 68 terrorçunu məhv edib

Ötən həftə Türkiyə ordusu 68 terrorçunu məhv edib

Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir-

Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir- VİDEO+FOTOLAR

Messengerdən möhtəşəm yenilik

Messengerdən möhtəşəm yenilik

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur