Nar festivalı: Fərhad Əhmədov 300 min manat xərclədiyini deyir, nazirlik və Göyçay İH isə...

Xəbərin çap versiyası
Tarix: 6-11-2018, 22:47    |    Xəbər oxunub: 844 dəfə
Nar festivalı:


Hər il olduğu kimi, bu il də 3-4 oktyabr tarixlərində Göyçayda XIII Nar festivalı keçirilib.

Builki nar festivalında iştirak edənlər arasında da dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da var. Nar bayramına xaricdən gələn turistlər də böyük maraq göstəririr.
Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsində, həmçinin rəsmi qəzet və saytlarda Festivalın Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirildiyi haqqında məlumatlar yer alır (My Webpage) (My Webpage).

Lakin Rusiyada yaşayan azərbaycanlı milyarder və Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov müxtəlif media səhifələrində Göyçayda keçirilən Nar festivalını onun sponsorluğu ilə keçirildiyini bildirir.
Əgər Festivalın sponsoru Fərhad Əhmədovun rəhbəri olduğu “AzNar”” QSC-dirsə, onda Mədəniyyət Nazirliyi və Göyçay İH-nin bu festivalda rolu nədən ibarət olub?

AFN xəbər verir ki, xalq.az-ın əməkdaşı adıkeçən tərəflərlə əlaqə saxlayıb. “Aznar” QSC-nin rəsmisi açıqlamasında bildirib ki, Göyçayda keçirilən Nar festivalının sponsoru “Aznar” QSC olub: “Bizdən başqa heç bir sponsor olmayıb. Bütün xərcləri “Aznar” QSC-nin sahibi Fərhad Əhmədov ödəyib və bu günki hesabata görə 300 min manat pul xərclənib”.
Amma Göyçay İcra Hakimiyyətinin sektor müdiri-baş muhasib Kamran Kərimov açıqlamasında bildirib ki, Göyçayda keçirilən Nar festivalı İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub: “AzNar” sədəcə bir stend qoymuşdu, öz məhsullarını satırdı, heç bir sponsorluq etməyib. Müəyyən işlərdə köməklik etdi, məsələn, moda festivalı keçirdi, bundan başqa heç bir şey etməyib. Festival keçirildi, kimə nə aidiyyatı var vəsaiti kim ödəyib? Festival gözəl keçdi, nəyi araşdırırsız, sizin nə haqqınız var ki, baş tutan festival haqqında araşdırma aparırsız? Kim maraqlanır ki, nə qədər vəsait xərclənib festivala? İctimayyətə lazım deyil kim keçirib festivalı, kim nə qədər vəsait xərcləyib. Siz bunu araşdıra bilməzsiniz. Bu sizin səlahiyyətinizdə deyil, ictimayyətin gözünə nə soxursuz ki, kim nə qədər pul xərcləyib?
Mədəniyyət Nazirliyindən isə suallara cavab verən olmayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"ASAN Yay Festivalı" Gəncədə

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? -

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? - VİDEO

Vəkil sirrləri açdı:

Vəkil sirrləri açdı: MTN sabiq naziri necə tutub?

Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Bu rayonlarda qazın dayandırılması təxirə salınıb

Bu rayonlarda qazın dayandırılması təxirə salınıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri və millət vəkilləri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri və millət vəkilləri ilə Qarabağdan danışıb

Elnarə medalla təltif olundu -

Elnarə medalla təltif olundu - FOTOLAR

Rəqsanəyə cinayət işi açıla bilər -

Rəqsanəyə cinayət işi açıla bilər - AÇIQLAMA

Məktəbli formaları dəyişir -

Məktəbli formaları dəyişir - Nazirlikdə işçi qrupu yaradıldı

NRYTN inhisarçılıq edib:

NRYTN inhisarçılıq edib: Nazirliklə bağlı məcburi qərar qəbul edildi

“Nar”ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

“Nar”ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

Yaxın günlərdə hansı yaşayış məntəqələrinə qaz veriləcək?-

Yaxın günlərdə hansı yaşayış məntəqələrinə qaz veriləcək?- "Azəriqaz"dan açıqlama

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur