Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Xəbərin çap versiyası
Tarix: 17-11-2018, 14:12    |    Xəbər oxunub: 607 dəfə
Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-


Bir neçə gün öncə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad olunub.



Adı şərab biznesində hallanan sabiq rektor və Milli Məclisin sabiq deputatı Abel Məhərrəmovun İspaniyada "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən tədbirdə akademikə yaraşan davranışlar sərgiləmədiyi üçün vəzifəsindən azad edildiyi iddia edilir.

Sabiq rektorun yaxın ailə üzvləri də yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar.

Qaynarinfo həmin məlumatları sizlərə təqdim edir:

Abel Məhərrəmovun qardaşlarından biri Adil Məhərrəmovdur. O, hazırda Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışır. Adil Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub.

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-


Yaşca Abel Məhərrəmovdan kiçik olan Adil Məhərrəmov daha öncə də yüksək postlar tutub. O, 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olub. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik Institutunu bitirib. 1973-1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin "Azon” zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləyib. 1983-1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışıb. 1986-2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliyinin ( sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) "Ulduz” Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru olub.

2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində Nazirin müşaviri vəzifəsində xidmət edib. 2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Nazirin müşaviri vəzifəsində çalışıb. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib.

2008-ci ildən Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışan A.Məhərrəmov Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

Abel Məhərrəmovun digər qardaşı Rauf Məhərrəmov özündən 20 yaş kiçikdir. O, 1970-ci ildə anadan olub. 1993-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İndiyədək Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, o cümlədən rayon prokurorluğunda müstəntiq, Baş Prokurorluqda idarə prokuroru, idarə rəisinin müavini olub.

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-


Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir. Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Ötən gün onun işdən azad olunması barədə xəbər yayılsa da, hələ rəsmi şəkildə təsdiqlənməyib.

Abel Məhərrəmovun digər qardaşı Məhərrəm Məhərrəmovdur. Məhərrəm Məhərrəmov Prezident Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri olub. O, bu ilin əvvəlində kabinetində ürəktutmasından dünyasını dəyişib. M.Məhərrəmov 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalına layiq görülüb, eyni zamanda 2016-cı ildə ölkə başçısının sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-


Abel Məhərrəmovun kürəkənləri də yüksək vəzifələr tutur. Eks-rektorun böyük kürəkəni Azər Sadıqov DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar şöbəsinin rəisidir. Buna qədər o, DİN Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.

Məhərrəmovun kiçik kürəkəni Daşqın Qənbərov isə BDU-da onun ən yaxın köməkçilərindən idi. Rektorun vəzifəsindən azad edilməsindən sonra onun da universitetdən kənarlaşdırılacağı istisna edilmir.

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-


O, 1996-cı ildə Bakı Dövlət Universitetinə daxil olub. Təhsilini fərqlənmə diplomu ilə bitirdiyinə görə universitet rəhbərliyi 2006-cı ildə onu Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində "Beynəlxalq hüquq" ixtisası üzrə əyani doktoranturaya qəbul edib.

Hüquq üzrə fəlsəfə doktorudur. Elmi tədqiqat işi ilə paralel olaraq universitetdə pedoqoji fəaliyyətlə də məşğul olur. Həmçinin Bakı Dövlət Universiteti Hüquq fakültəsinin "İnsan hüquqlarıvə informasiya hüquqi üzrə UNESCO" kafedrasının dosentidir.

2000-ci ildə BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, 2002-ci ildə sədrin I müavini seçilib. 2006-cı ilin 27 noyabrından BDU THİK-nin sədri vəzifəsində çalışır. 2009-2010-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi tərəfindən "Yaxşıların Yaxşısı" fəxri adına layiq görülüb və xatirə medalı ilə təltif olunub.

2010-cu və 2011-ci illərdə BDU-nun rektoru akademik Abel Məhərrəmov tərəfindən "İl ərzində peşəkar, səmərəli və məhsuldar fəaliyyətinə gorə" Fəxri Fərmanlarla təltif olunub. 2010–cu ilin iyun ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

2014-cu ildə "Azərbaycan həmkarlar ittifaqlarında xidmətlərinə görə" medalı ilə təltif olunub. Bu medal həmkarlar sistemində ən ali mükafatdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Gəncə hadisələri ilə bağlı həbs edilən daha 11 nəfərin məhkəməsi başlayır

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 11 nəfərin məhkəməsi başlayır

Elçin Quliyevin hesabat müşavirəsi qalmaqal yaratdı-

Elçin Quliyevin hesabat müşavirəsi qalmaqal yaratdı- Müdafiə Nazirliyindən açıqlama

"Talassemiyasız həyat naminə" proqramı çərçivəsində BNA-da qanvermə aksiyası keçirilib

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

UEFA “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı iş açdı

UEFA “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı iş açdı

Kamran Nəbizadə sərxoş halda Bakının mərkəzində dava saldı

Kamran Nəbizadə sərxoş halda Bakının mərkəzində dava saldı

"Arsenal" "Qarabağ"la oyundakı erməni təxribatı ilə bağlı bəyanat yaydı

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir

Qazyan kəndində səyyar-qəbul görüş

Qazyan kəndində səyyar-qəbul görüş

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur