"Mən 9 yaşlı qıza aşiq olmuşamsa, bəs sən niyə qızını yanıma göndərirdin?"- müəllimdən direktora CAVAB


"Mən 9 yaşlı qıza aşiq olmuşamsa, bəs sən niyə qızını yanıma göndərirdin?"-


"Əgər Rövşən belə şey edibsə, bəs sən onda niyə 9 yaşlı qızını mənim yanıma göndərirdin?"

AFN xəbər verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında 220 nömrəli məktəbin işdən çıxarılan müəllimi Rövşən Əzizov deyib.

O, direktor Tural Mirzəliyevin onun haqqında səsləndirdiyi "9 yaşlı qıza aşiq olub" iddiasına münasibət bildirib: "Bunlar hamısı şər, böhtandır. Belə şey olmayıb. Mən yenə də deyirəm ki, əgər belə şey varsa, sən niyə qızını o müəllimin yanına göndərirdin? Onun qızı mənim çəkdiyim videolarda var, "youtube"da da, saytlarda da bu haqda məlumat yayımlanıb. Hansı kişi 9 yaşlı qızını "pedofil" dediyi adamın yanına gətirər?"

Rövşən Əzizov Tural Mirzəliyevi yalan danışmaqda ittiham edib: "Nəyə görə bu adam bu günə qədər danışmırdı? Əgər əlində fakt var idisə, onda niyə susurdun. Mənim dünənki video müraciətimdən sonra danışmaq qərarına gəlib, ancaq danışdıqları yalandır, şərdir. Üzünə zərbə dəyən adam necə oldu ki, belə tez ayağa qalxdı, sağaldı? Bu suallara cavab tapmaq lazımdır".

Xatırladaq ki, Tural Mirzəliyev bu gün "Yeni Müsavat"ın canlı yayımında Rövşən Əzizovun bir müddət öncə sosial şəbəkədə yazdığı iddia olunan fikirləri səsləndirib və deyib: "Rövşən Əzizovun yazdığı 1 statusu oxuyacam və özünüz hər şeyi anlayacaqsız. O yazır: "Ölüm barədə düşündüyüm anda o qarşıma çıxdı. O zaman mən yeni müəllim işləyirdm və onun 9 yaşı var idi. İlk gördüyüm gün həyatımda günəş doğdu. Müəllimin 9 yaşlı qıza qarşı vurulmasına hər kəs qarşı çıxdı. Ancaq biz bütün əngəlləri aşdıq və xoşbəxt olduq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu