Ərinin “xəyanət”ə görə saçını keçəl etdiyi qadın danışdı: “Məni lüt soyundurdular..."

Xəbərin çap versiyası
Tarix: 3-12-2018, 14:50    |    Xəbər oxunub: 740 dəfə
Ərinin “xəyanət”ə görə saçını keçəl etdiyi qadın danışdı:


İki gündür ölkə gündəmini zəbt edən hadisə ilə bağlı fikirlər səngimək bilmir. Söhbət əri tərəfindən saçı kəsilərək videoya çəkilən qadının görüntülərindən gedir.

Məsələ ilə bağlı araşdırma aparan azxeber.com saytı görüntülərdəki qadının kimliyini müəyyənləşdirib.

Hazırda Mingəçevir şəhərində yaşayan Günel Mehdiyeva (ad şərtidir) keçmiş həyat yoldaşının atdığı bu addımdan sonra Mingəçevir Şəhər Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etdiyini deyir. Onun sözlərinə görə, hazırda keçmiş həyat yoldaşı və onun qardaşları axtarışdadır.

AFN xanımın azxeber.com-a verdiyi özəl müsahibəni təqdim edir:


- Görüntülər nə zaman və harada çəkilib?

- Bu video Rusiyanın Stavrapol şəhərində çəkilib. Görüntülər bu ilin sentyabrın 20-də ayında balaca qaynım tərəfindən çəkilib.


- Görüntülərdən görünür ki, siz öncə döyülmüsünüz sonra saçınız keçəl qırxılıb. Buna səbəb nə idi?

- Həmin gün mən evdə idim. Yoldaşım demək olar ki, hər gün içib, evə gəlirdi. Həmin gün də evə içkili gəlmişdi. Sonra mənə təhqir edib, vurmağa başladı. Mən cavab qaytaranda qaynanam mənim saçlarımdan tutaraq otağa götürdü. Başıma çoxlu zərbələr vurmağa başladı. Daha sonra mən huşumu itirdim və məni lüt soyundurub şəkillərimi çəkdilər. Qaynanam həmin zaman saçlarımı kəsdi, ərim Həsənov Elnur isə mənim bədənimə bıçaqla xəsarətlər yetirdi. Üzərimdə siqaret kötüklərinin izi də var. Mən bunlarla bağlı bütün şəkilləri prokurorluğa təqdim etmişəm. Siz o videodan da görürsünüz ki, mən heç bir cavab vermirəm, susuram. Çünki özümdə deyildim, qaynanam dərman vermişdi.

- Keçmiş əriniz görüntülərdə sizin oğlanla görüşdüyünüzü və ona xəyanət etdiyinizi deyir. Həmin şəxs kimdir?

- Həmin şəxsi mən görməmişəm. Dediyi şəxs biz evlənmədən öncə mənim qız vaxtından yazışdığım birisi olub. Mən evlənəndən sonra heç kimlə əlaqəm olmayıb. Şəkildəki şəxs isə mənim xalamoğludur. Onlar sadəcə bunlardan istifadə edib məni pis çıxarmaq istəyirlər.

- Uşağınız indi haradadır?

- Qaynım uşağımı bizdən qaçıraraq Rusiyaya aparıb. Orada atasının yanındadır. Mən neçə aydır ki, uşağımı görmürəm. Artıq ərim də qayınlarım da axtarışdadır. Polis artıq onların evində axtarış aparacaq.

- Ərinizlə münasibətləriniz hər zaman belə pis olub?

- Mən 1994-cü il təvəllüdəm. 2013-cü ildə 19 yaşımda ərə verilmişəm. Elə o vaxtdan bu adamın zülmünü çəkirəm. Mən onun ikinci ailəsiyəm. Məndən öncəki ailəsindən 12 yaşlı bir oğlu var. İndi o xanım da mənə bu məsələdə dəstək olur və biz bir yerdə mübarizə aparırıq. Qaldı ki, münasibətimizə. Bəli, hər zaman pis olub. O həmişə gəzib, məni aldadıb. Heç bir zaman məni ailəsi olaraq görməyib. Mən ondan ayırılıb Mingəçevirə qayıtdım. Daha sonra anası və özü gələrək məndən üzr istədilər, geri çağırdılar. Getdim. Getməz olardım. Başıma bu işləri açdılar.


- Qızınızla münasibətiniz necədir?

- Qızım azyaşlıdır. Ona mənim haqqımda olmazın yalanlar danışırlar. Qızımı mənə qarşı nifrətlə doldururlar. Hətda mən prokurorluğa şəkillər də göstərmişəm. Qızıma bıçaq verib mənim bədənimə xəsarətlər yetirməsini istəyiblər. Bundan sonra sadəcə uşağımı onların əlindən geri almaq istəyirəm.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
PKK terror təşkilatı Türkiyəyə qarşı “erməni taboru” yaratdı

PKK terror təşkilatı Türkiyəyə qarşı “erməni taboru” yaratdı

Baş redaktor Prezidentə müraciət etdi:

Baş redaktor Prezidentə müraciət etdi: "6 yaşlı qızımın təhsil almasına imkan verilmir"

Hamımız məktəbdə olan hadisələrə göz yumuruq-

Hamımız məktəbdə olan hadisələrə göz yumuruq- Fikrət Qoca

Əmlakla bağlı 50 minə yaxın vətəndaş müraciəti, 62 mindən çox xidmət sayı qeydə alınıb

Əmlakla bağlı 50 minə yaxın vətəndaş müraciəti, 62 mindən çox xidmət sayı qeydə alınıb

KTN-nin nümayəndələri Baltik Baltik Aqro Forumunda iştirak edir

KTN-nin nümayəndələri Baltik Baltik Aqro Forumunda iştirak edir

Tərtərdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Tərtərdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

“Sevda anasını evində xidmətçi kimi saxlayır”-

“Sevda anasını evində xidmətçi kimi saxlayır”- ögey atası

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi VİDEO

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Tovuzun sərhəd kəndləri işıqsız qalıb-

Tovuzun sərhəd kəndləri işıqsız qalıb- 5 gündür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur