Onların məqsədi Sumqayıtdakı nəqliyyat sistemini şəxsi biznesə çevirməkdir- Qarabağ qazilərindən AÇIQLAMA


Onların məqsədi Sumqayıtdakı nəqliyyat sistemini şəxsi biznesə çevirməkdir-


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığıyla 3 dekabr Beynəlxalq Əlillər Günündə 15 Qarabağ əlilinin işdən çıxarılmasına dair məlumat yayılıb.

Belə ki, 33 saylı marşrut xəttindən Qarabağ əlillərinin avtobusları çıxarılıb və marşrut xətti üzrə avtobuslarda çalışan Qarabağ əlilləri faktı təsdiqləyiblər.

Cebhe.info-ya açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, həmin 33 saylı marşut xətti hal-hazırda boş deyil. “Yeni avtobuslar gətirilib və xəttə buraxılıb. Bu gün bütün marşut xətləri yenilənir. Sumqayıtda nəqliyyatın inkişafı ilə bağlı pilot layihə də var Həmin pilot layihə çərçivəsində bu işlər görülür. Eləcə də qeyd olunan 33 saylı xəttə yeni avtobuslar gətirilir. Həmin xətdə işləyən sürücülər işə dəvət olunub və bir çoxları müqavilə bağlayıblar. Onlar da yenidən işləyəcəklər”.

Onların məqsədi Sumqayıtdakı nəqliyyat sistemini şəxsi biznesə çevirməkdir-


Qarabağ qazisi Rey Kərimoğlu ilə saytımıza açıqlamasında bildirib ki, Sumqayıtda Qarabağ əlillərinə məxsus şirkətin 13 avtobusu var: “Onların gətirdiyi avtobuslar müasir və iritutumludur. Sumqayıt Şəhər İcra Hakimiyyətindən cəmiyyəti çaşdırırlar. Onların məqsədi Sumqayıtdakı nəqliyyat sistemini özəlləşdirmək, şəxsi bizneslərinə çevirməkdir. Bunun da hamısını ediblər, bircə nəqliyyat sistemində olan Qarabağ əlilləri onlara müqavimət göstərirlər. Çox təəssüf olsun ki, İcra Hakimiyyəti çaşdırıcı informasiya yayır. Mən bir qədər əvvəl həmin əlillərlə danışmışam. Onlar şirkətdə fəaliyyət göstərir və dövlətə vergi ödəyirlər. Onlarla heç bir müqavilə bağlanılmayıb, heç bir işlə də təmin edilməyiblər”.

R.Kərimoğlu qeyd edib ki, həmin şəxslər əvvəl şəhərin mərkəzində 2 nömrəli marşrut xəttində işləyiblər: “Sonra dedilər ki, yeni, iritutumlu avtobuslar gətirilir və onlara 12 nömrəli marşrut təklif olundu. 1 il olar ki, onlar orada işləyirdilər. Artıq onlara xəbərdarlıq edilib ki, yeni avtobuslar verilib, bu xətdən də çıxın. Sonra onlara 33 nömrəli maşrutlar təklif edildi və bizim iştirakımızla onlar təklifi qəbul etdilər. 2 gün sonra onu da əllərindən aldılar və təmirsiz, dar küçələrdə işləyən 39 və bir başqa rentabelli olmayan marşut təklif edildi. Biz də təklif etdik ki, “Karsan” adlanan, 1 qapılı avtobuslar dar küçələrə verilsin. Təəssüf edirəm ki, bunlar hələ də elədiklərinin fərqində deyillər. Qarabağ əlilləri kreditlə “İsuzu” avtobusları alıblar və onlar çox səliqəlidir. Bizi maraqlandıran budur ki, cənab Prezidentin Qarabağ əlilləri, veteranlar, şəhidlərlə bağlı tapşırıqlarına niyə əməl edilmir? Sabah bununla bağlı Prezident Aparatına müraciət edəcəyik. Cənab Prezidentin bir sözü var ki, vəzifəyə mən təyin etmişəm, mən də çıxardacağam. Sabah prezident onu vəzifədən çıxaranda, Zakir Fərəcov kim olacaq? Qazilər, şəhid ailələri, veteranlar dövlətin sütunudur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu